Yəmən Respublikası
Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Yəmən Respublikası arasında diplomatik münasibətlər 25 fevral 1992-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında əməkdaşlıq və yüksək səviyyədə təmaslar Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Yəmən Respublikası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun işgüzar səfəri:
28-30 iyun 2005
- Yəmən Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Əbdülməlim Əl-Mixlafinin işgüzar səfəri:
6 aprel 2018
- Yəmən Respublikasının Xarici İşlər Naziri Məhəmməd Abdulla Məhəmməd Əl-Hadraminin işgüzar səfəri:
24-26 oktyabr 2019
- Yəmən Respublikasının xarici işlər naziri Əhməd Avad bin Mübarəkin işgüzar səfəri:
2-3 mart 2023
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
194.90 |
194.84 |
0.06 |
2020 |
279.02 |
279.032 |
00.0 |
2021 |
761.98 |
761.81 |
0.17 |
2022 |
1 193.67 |
1 193.67 |
- |
2023 (yanvar-oktyabr) |
1 724.79 |
1 724.79 |
- |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi