Waving Flag of the United Arab Emirates (Animated Gif)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

 

Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər

 

Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur.

 

Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ali və yüksək səviyyədə səfər mübadilələri və fəal təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, aktiv parlament diplomatiyası və müxtəlif sahələrdə dinamik qarşılıqlı fəaliyyət ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxarmışdır. Yüksək siyasi münasibətlər, BƏƏ sərmayələrinin iri həcmdə dövlətimizin xüsusən də bərpa olunan enerji sahəsinə qoyulmasını, o cümlədən Azərbaycan və BƏƏ ümumvətəndaş pasportlarının qarşılıqlı olaraq viza rejimindən azad edilməsini və ölkələrimiz arasında aktiv ticari-iqtisadi əməkdaşlığı şərtləndirən başlıca amildir. Qarşılıqlı əlaqələrin bütün sahələrdə inkişafına dair hər iki ölkə rəhbərinin siyasi iradəsi Azərbaycan-BƏƏ münasibətlərinin geniş perspektivlərə malik olduğuna dəlalət edir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səfərləri:

20-21 noyabr 2006 – rəsmi;

01-02 fevral 2016 - rəsmi;

15-16 yanvar 2023 – Əbu Dabi Davamlılıq həftəsində iştirak;

30 noyabr - 2 dekabr 2023 – COP28 BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak.

- Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın rəsmi səfəri:

08-09 yanvar 2024.

 

Vitse-prezidentlərin qarşılıqlı səfərləri

- Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirliyinin hökmdarı şeyx Məhəmməd bin Raşid Əl Maktumun rəsmi səfəri:

1-3 aprel 2015.

 

Hökumət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Əbu-Dabi şəhərinə səfərləri:

16 may 2022;

14-15 fevral 2023.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi və işgüzar səfərləri:

6-7 aprel 2005;

17-19 mart 2008;

21-23 mart 2011;

18-21 fevral 2013;

18-20 noyabr 2016;

15-17 noyabr 2019.

- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi səfəri:

30-31 oktyabr 2023.

- Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri şeyx Abdullah bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfərləri:

8-9 iyun 2009;

14 fevral 2012;

22 may 2017.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-BƏƏ parlamentlərarası əlaqələri üzrə işçi qrupu fəaliyyət göstərir.

İşçi qrupunun rəhbəri - Cavanşir Paşazadə

Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasında BƏƏ-Asiya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

Dostluq qrupunun rəhbəri: Usamə Əş-Şəafar

- Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Həməd Ər-Rahuminin işgüzar səfəri:

15-16 may 2023.

- Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq ət-Tayerin işgüzar səfəri:

21-23 fevral 2024.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 30 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

66 070.50

19 141.11

46 929.39

2020

29 507.51

10 706.27

40 213.78

2021

50 423.88

14 042.29

36 381.59

2022

102 991.60

71 684.51

31 307.09

2023 (yanvar-oktyabr)

106 682.74

54 893.00

51 789.74

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi

Ünvan: Villa 21/23, küçə 6, al Mushrif ərazisi, Əbu Dabi, 45766, BƏƏ

Rəsmi internet səhifəsi: www.abudhabi.mfa.gov.az

Tel: +971 2 6662848

Faks: +971 2 6663150 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti