İndoneziya Respublikası
Azərbaycan Respublikası və İndoneziya Respublikası arasında münasibətlər
Azərbaycan Respublikasının müstəqilliyi İndoneziya Respublikası tərəfindən 28 dekabr 1991-ci il tarixində tanınmış və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci il tarixində qurulmuşdur.
1 fevral 2006-cı il tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi fəaliyyətə başlamış, bu Azərbaycanın Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyi olmuşdur. 12 dekabr 2010-ci il tarixində İndoneziya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 9-13 dekabr 1996-cı ildə AR-in xarici işlər naziri Həsən Həsənov İndoneziyada səfərdə olmuşdur (İƏT çərçivəsində).
- 19-21 iyun 2006-cı ildə İndoneziyanın xarici işlər naziri Hasan Virayuda Azərbaycanda səfərdə olmuşdur (İƏT çərçivəsində).
- 11-12 may 2008-ci ildə İndoneziyanın xarici işlər naziri Hasan Virayuda Azərbaycanda səfərdə olmuşdur (rəsmi səfər).
- 25-27 may 2011-ci ildə AR-in xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyada səfərdə olmuşdur (Qoşulmama Hərəkatı çərçivəsində).
- 7-8 noyabr 2013-cü ildə AR-in xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyada səfərdə olmuşdur (Bali Demokratiya Forumu çərçivəsində).
Parlamentlərarası əlaqələr
- 8-10 noyabr 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İndoneziyada səfərdə olmuşdur (rəsmi səfər).
- 15-18 aprel 2013-cü ildə İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Əli Azərbaycanda səfərdə olmuşdur (rəsmi səfər).
- 19-22 sentyabr 2018-ci ildə İndoneziya Regional Nümayəndələr Şurasının sədri Osman Sapta Odanq Azərbaycanda səfərdə olmuşdur (Milli Məclisinin 100 illik yubileyi).
Azərbaycan Milli Məclisində Azərbaycan-İndoneziya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Azərbaycan tərəfindən işçi qrupun rəhbəri Bəxtiyar Əliyevdir (04.12.2020).
İndoneziya parlamentində isə İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyətdədir. İndoneziya tərəfindən dostluq qrupun rəhbəri Muhammad İqbaldır.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və İndoneziya Respublikası arasında müxtəlif sahələr üzrə 15 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
55 825.18 |
366.18 |
55 459.00 |
2020 |
29 658.00 |
458.00 |
29 200.00 |
2021 |
142 036.29 |
87 318.61 |
54 717.68 |
2022 |
710 790.93 |
606 043.49 |
104 747.44 |
2023 (yanvar-sentyabr) |
213 323.64 |
150 743.27 |
62 580.37 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi
Ünvan: Jl. Karang Asem Tengah Block C-5 No. 20, Kuningan Timur, Cakarta Selatan, Cakarta, 12950, İndoneziya
Rəsmi internet səhifəsi: www.jakarta.mfa.gov.az
Tel: +622125554408