Waving Flag of Palestine (Animated Gif)

Fələstin Dövləti

 

 Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında ikitərəfli münasibətlər

1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2013-cü ilin 11 iyun tarixində Fələstin xarici işlər naziri Riyad Əl-Malikinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Fələstin xalqına yardım məqsədi ilə İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair Konfransda və Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrinin konfransında  iştirak etmək məqsədi ilə Azərbaycana səfər etmişdir. Sözügedən konfransların nəticəsi olaraq, Azərbaycan tərəfi Fələstin Dövlətinə 5 milyon ABŞ dollar məbləğində yardım ayırmışdır.     

29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 500 min manat (635 min ABŞ dolları) məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülmüşdür.

23 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Fələstinin Xarici İşlər naziri Riyad Əl-Maliki ilə görüşmüşdür.

4-6 noyabr 2018-ci il tarixlərində Bakıda “Fələstin Dövlətinin Asiya Qitəsindəki Səfirlərinin Konfransı” keçirilmişdir. Tədbirlə əlaqədar Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycana səfər etmişdir.

24-26 oktyabr 2019-cu il tarixlərində Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycana səfər etmişdir.

Müqavilə hüquq bazası

Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

 Azərbaycan Fələstin arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2016

156.9

119.0

37.9

2017

318.3

58.1

260.2

2018

207.2

 

207.2

2019

438.19

 

438.19

2020

277.37

 

277.37

 

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti