Yaponiya
Azərbaycan Respublikası və Yaponiya arasında ikitərəfli münasibətlər
Yaponiya Azərbaycanın müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci il tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi 12 oktyabr 2005-ci ildə fəaliyyətə başlayıb. Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 28 yanvar 2000-ci ildə fəaliyyətə başlayıb.
İkitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət verilir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 24-28 fevral 1998-ci il tarixlərində Heydər Əliyev Yaponiyada rəsmi səfərdə olmuşdur.
- 7-10 mart 2006-cı il tarixlərində İlham Əliyev Yaponiyada rəsmi səfərdə olmuşdur.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- 26 yanvar – 1 fevral 1998-ci il tarixlərində Artur Rasi-zadə Yaponiyada səfərdə olmuşdur.
Parlament sədrlərinin qarşılıqlı səfərləri
- 2003-cü ilin sentyabr ayında Yaponiya Parlamentinin Müşavirlər Palatasının Vitse-prezidenti Şoci Motuka Azərbaycanda səfərdə olmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 25 iyun 2001-ci il tarixlərində Vilayət Quliyev Yaponiyada səfərdə olmuşdur.
- 16-21 iyun 2009-cu il tarixlərində Elmar Məmmədyarov Yaponiyada səfərdə olmuşdur.
- 1999-cu ilin may ayında Masahiko Komura Azərbaycanda səfərdə olmuşdur.
- 5-6 sentyabr 2018-ci il tarixlərində Taro Kano Azərbaycanda səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan – Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadədir.
Yaponiya - Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amaridir (Parlamentin aşağı palatasının üzvüdür).
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Yaponiya arasında müxtəlif sahələri əhatə edən 31 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
311.791 |
90.215 |
221.576 |
2020 |
153 554.98 |
2 888.77 |
150 666.21 |
2021 |
274 841.31 |
15 819.55 |
259 021.76 |
2022 |
304 246.87 |
14 027.60 |
290 219.27 |
2023 (yanvar-sentyabr) |
373 716.4 |
13 690.56 |
360 025.84 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi
Ünvan: 1-19-15 Higashigaoka, Meguro-ku, Tokyo 152-0021, Yaponiya
Rəsmi internet səhifəsi: www.tokyo.mfa.gov.az
Tel: +81354864744