Küveyt Dövləti
Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında ikitərəfli münasibətlər
1994-cü ilin 10 oktyabr tarixində Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşmüşdür.
26 sentyabr 2018-ci il tarixində Xarici İşlər naziri cənab Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Küveyt Dövlətinin Baş Nazirinin müavini və Xarici İşlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşmüşdür.
26 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah ilə görüşmüşdür.
25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə Küveyt Dövləti Baş nazirinin müavini Xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan ResAzərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupuəmməd oğludur.
Küveyt Parlamentində, həmçinin Küveyt - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Xalid Əl-Uteybidir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 21 sənəd imzalanmışdır.
İqtisadi əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (min ABŞ dolları)
İllər |
Ticarət dövriyyəsi |
İdxal |
İxrac |
2016 |
3741.6 |
3530.92 |
210.68 |
2017 |
7114.3 |
84.3 |
7030.0 |
2018 |
1858.58 |
619.88 |
1238.70 |
2019 |
3 492.17 |
3 255.72 |
236.45 |
2020 |
332.63 |
76.81 |
255.82 |
Azərbaycandan ixrac olunan məhsullar: yer və tunelqazan maşınların hissələri.
Küveytdən idxal olunan məhsullar: Etilenqlikol (etandiol)
10 fevral 2009-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiya yaradılmışdır.