Waving Flag of South Korea (Animated Gif)

Koreya Respublikası

 

İkitərəfli münasibətlər haqqında

 

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələr 23 mart 1992-ci ildə qurulub.

 

4 mart 2006-cı ildə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 14 mart 2007-ci ildə isə Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi təsis edilib.

 

Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2022-ci il tarixli Sərəncamı ilə Ramin Həsənov Azərbaycan Respublikasının Koreya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.

 

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Kimqu Kanq 23 may 2025-ci ildə etimadnaməsinin surətini Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova, 15 iyun 2025-ci ildə isə etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edib.

 

Prezidentlərin qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikası Prezidentinin Koreya Respublikasına səfərləri

 

Dövlət başçısı

Səfərin mahiyyəti

Tarix

İlham Əliyev

Rəsmi səfər

23–25 aprel 2007-ci il

İlham Əliyev

İşgüzar səfər (Nüvə Təhlükəsizliyi üzrə Seul Sammitində iştirak)

 

25–27 mart 2012-ci il

Koreya Respublikası Prezidentinin Azərbaycan Respublikasına səfəri

 

 

Dövlət başçısı

Səfərin mahiyyəti

Tarix

Roh Mu-hyun

Rəsmi səfər

10–12 may 2006-cı il

 

 

Baş nazirlərin qarşılıqlı səfərləri

 

 

Koreya Respublikası Baş nazirlərinin Azərbaycan Respublikasına səfərləri

 

 

Baş nazir

Səfərin mahiyyəti

Tarix

Han Seunq-su

Rəsmi səfər

18–20 may 2008-ci il

Çunq Honq-von

Rəsmi səfər

26–28 noyabr 2014-cü il

 

 

 

Xarici işlər nazirlərinin səfərləri

 

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Koreya Respublikasına səfərləri

 

 

Nazir

Səfərin mahiyyəti

Tarix

Elmar Məmmədyarov

Rəsmi səfər

29–30 oktyabr 2005-ci il

Elmar Məmmədyarov

Rəsmi səfər

14–15 dekabr 2010-cu il

 

 

 

Parlamentlərarası əlaqələr

 

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin Koreya Respublikasına səfərləri

 

 

Milli Məclisin Sədri

Səfərin mahiyyəti

Tarix

Oqtay Əsədov

Rəsmi səfər

4–6 sentyabr 2007-ci il

Oqtay Əsədov

Rəsmi səfər

24–28 iyun 2017-ci il

 

 

 

Koreya Respublikası Milli Assambleyasının Sədrlərinin Azərbaycan Respublikasına səfərləri

 

 

Milli Assambleyanın Sədri

Səfərin mahiyyəti

Tarix

Park Hi-te

Rəsmi səfər

12 yanvar 2012-ci il

Mun Hi-sanq

Rəsmi səfər

15–17 oktyabr 2019-cu il

Park Byonq-soq

Rəsmi səfər

18–20 avqust 2021-ci il

 

 

Dostluq qrupları

 

 

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənovdur.

Koreya Respublikası Milli Assambleyasında Koreya–Azərbaycan parlamentlərarası dostluq qrupuna Li Manhi (Lee Man-hee) rəhbərlik edir.

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında müqavilə-hüquq bazası 74 sənəddən ibarətdir.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan Respublikası Cənubi Qafqazda Koreya Respublikasının ən böyük və mühüm ticarət-iqtisadi tərəfdaşıdır. Koreya Respublikası Azərbaycanın qeyri-neft sektoruna birbaşa xarici investisiya yatıran ən böyük ölkələrdən biridir.

 

Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatına və məhsullarına marağı davamlı olaraq artmaqdadır. Hazırda sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 81 Koreya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 56-sı aktivdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (mln ABŞ dolları)

 

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2023

429

0,53

428

2024

386

0,50

385

2025

317

0,31

317

 

 

İdxalın azalması əsasən yerüstü nəqliyyat vasitələri və onların hissələri (əsasən minik avtomobilləri), avadanlıq, mexaniki qurğular və onların hissələri, elektrik avadanlıqları və onların hissələri, kimyəvi liflər, pambıq və onlardan hazırlanan məmulatlar, habelə digər məhsulların idxalının azalması ilə bağlıdır.

 

İxracın azalması isə əsasən reaktiv mühərrik yanacağı (kerosin), ətriyyatda və əczaçılıqda istifadə olunan bitkilər, habelə digər məhsulların ixracının azalması ilə bağlıdır.

 

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları

 

Ünvan: 97 Toegye-ro, Jung-gu, Seoul 04535, Republic of Korea (Coryo Daeyungak Tower, 15-ci mərtəbə)
Telefon: (+82 2) 767 6200
Faks: (+82 2) 767 6201
Elektron poçt: seoul@mission.mfa.gov.az; consul_seoul@mission.gov.az (konsulluq şöbəsi)

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti