Waving Flag of Oman (Animated Gif)

Oman Sultanlığı

 

Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında ikitərəfli münasibətlər

 

Oman Sultanlığı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 13 iyul 1992-ci ildə qurulmuşdur.

 

Azərbaycan Respublikası və Oman Sultanlığı arasında fəal siyasi dialoq ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün yaxşı əsas təşkil etmişdir. İkitərəfli və beynəlxalq müstəvilərdə keçirilən görüşlər siyasi, iqtisadi, humanitar və s. sahələrdə əlaqələrin güclənməsinə öz töhfəsini verir. Birgə əməkdaşlıq üçün istifadə edilməmiş potensial mövcuddur. Qarşılıqlı istək Azərbaycan-Oman əməkdaşlığının önündə vədedici üfüqlər açır. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Oman Sultanlığı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 3-5 aprel 2005 - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri 

- 1-2 fevral 2010 - Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusif bin Ələvinin rəsmi səfəri

 

Parlamentlərarası əlaqələr

- Oman Sultanlığının Dövlət Şurasının sədri Yəhya bin Mahfuz Əl-Munzirinin səfərləri:

20-21 sentyabr 2018

24-26 oktyabr 2019

- Oman Sultanlığının Məşvərət Şurasının sədri şeyx Xalid bin Hilal Əl-Muavvalinin işgüzar səfəri:

21-23 fevral 2024

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 2 sənəd imzalanmışdır.

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti