İraq Respublikası
Azərbaycan Respublikası və İraq Respublikası arasında ikitərəfli münasibətlər
02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M.Bərzani ilə görüşmüşdür.
24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İraq Respublikasının Xarici İşlər naziri Məhəmməd Əli Əl-Hakimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Müqavilə və hüquq bazası
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
2016 |
48.4 |
17 780.6 |
17 829.0 |
2017 |
0.2 |
15 724,7 |
15 724.9 |
2018 |
222.4 |
14 495.3 |
14 717.7 |
2019 |
1 128.42 |
13 600.53 |
14 728.95 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.
Azərbaycandan ixrac olunan məhsullar: Heyvan və bitki mənşəli yağlar və piylər, şəkər, çay, iribuynuzlu heyvan ətindən hazır və ya konservləşdirilmiş məhsullar, kağız, karton və onlardan hazırlanan məmulatlar, kakao məhsulları, konservləşdirilmiş meyvə və tərəvəz məhsulları və digər.
İraqdan idxal olunan məhsullar: Şəkər, tütün
20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır.