Waving Flag of Pakistan (Animated Gif)

Pakistan İslam Respublikası

 

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.

 

Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır.

 

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi,  2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.

 

Pakistan, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirmişdir. 2020-ci ilin oktyabr ayında Pakistan Milli Assambleyası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Pakistan Senatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindən Azərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizə dəstək ifadə edən qətnamə yekdilliklə qəbul edilmişdir.

 

Azərbaycan Respublikası Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.

 

İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

28 fevral - 1 mart 2017-ci il tarixində Prezident İlham Əliyev Pakistana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı);

25-26 oktyabr 2019-cu il tarixində Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycana işgüzar səfər etmişdir (Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı).

 

Baş nazirlərin qarşılıqlı səfərləri

14-15 iyun 2023-cü il tarixində Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şehbaz Şərif Azərbaycana rəsmi səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

13-14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin ikinci görüşü);

18-19 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana işgüzar səfər etmişdir (İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 17-ci növbədən kənar iclası);

11 oktyabr 2023-cü il tarixində Pakistan İslam Respublikasının xarici işlər naziri Cəlil Abbas Cilani İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində Azərbaycana səfər etmişdir;

30 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistanda rəsmi səfərdə olmuşdur.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun yeni rəhbərinin təyinatı gözlənilir.

Senatda Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Senator Prince Ahmed Omer Ahmedzaidir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 38 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

14,8

0,3

14,5

2020  

13,3

1,7 

11,6

2021

11 730,51

738.67

10 991.84

2022

28 167.15

7 666.66

20 500.49

2023 (yanvar-sentyabr)

18 262.19

1 489.80

16 772.39

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi  

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi

Ünvan: İslamabad, G-5, Diplomatik Anklav II, Sahə 10/1 E, Pakistan

Rəsmi internet səhifəsi: www.islamabad.mfa.gov.az

Tel: +92512600704

Faks: +92512600720,+92512600707

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti