Yəmən Respublikası
Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Yəmən Respublikası arasında diplomatik münasibətlər 25 fevral 1992-ci ildə yaradılmışdır.
6 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Yəmən Respublikasının Baş Nazirinin müavini, Xarici İşlər naziri Əbdülməlim Əl-Mixlafini qəbul etmişdir.
24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Yəmən Respublikasının Xarici İşlər Naziri Məhəmməd Abdulla Məhəmməd Əl-Hadraminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
İqtisadi əlaqələr
Azərbaycan ilə Yəmən arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
194.90 |
194.84 |
0.06 |
2020 |
279.02 |
279.032 |
00.0 |