Qazaxıstan Respublikası
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılmışdır. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirlikləri fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərində Baş konsulluğu 2008-ci ildə fəaliyyətə başlamışdır.
9-10 sentyabr 2017-ci il, 12 avqust 2018-ci il, TDƏŞ-in qeyri-formal sammiti (video-konfrans) 31 mart 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına səfərləri baş tutmuşdur.
2-3 aprel 2017-ci il tarixində Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin Azərbaycana səfəri baş tutmuşdur.
11-13 iyul 2016, 9 iyun 2017-ci il tarixlərində xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana səfərləri baş tutmuşdur.
14-15 oktyabr 2019-cu il tarixlərində Bakıda TDƏŞ-in Sammiti və XİNŞ, 6 fevral 2020-ci il, TDƏŞ xarici işlər nazirlərinin növbədənkənar iclası tarixlərində Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdinin Azərbaycana səfərləri baş tutmuşdur.
İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilmişdir.
Ölkələrimiz nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görürlər. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, ölkələrimizin əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır. 26 may 2021-ci ildə Nur-Sultanda Azərbaycan Ticarət Evinin açılışı baş tutmuşdur.
Azərbaycan və Qazaxıstan humanitar sahədə geniş əməkdaşlıq əlaqələri qurmuşlar. Qazaxıstanda hazırda 5 Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi mərkəzi fəaliyyət göstərir. Bunlar Aktau şəhərində yerləşən Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi”, Atırau Dövlət Universitetində "Azərbaycan Tarix və Mədəni İrsinin Araşdırılması Mərkəzi", Xoca Əhməd Yasəvi adına Qazax-Türk Universitetində Azərbaycan güşəsi, Almatı şəhərində yerləşən Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi və Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində yaradılmış ümummilli lider Heydər Əliyev otağıdır.
2018-ci il 16 may tarixində Astana şəhərində Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən, ön sözü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən yazılmış “Идущий впереди” adlı kitabın qazax dilindəki nəşrinin təqdimat mərasimi keçirilmişdir.
14 sentyabr 2019-cu ildə Qazaxıstanın qərb vilayətində Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulmuş, 19 oktyabrda Nur-Sultanda Qazaxıstanın Prezidenti parkında Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr edilmiş xiyabanın açılış mərasimi keçirilmişdir.
Qazaxıstan yazıçısı Oljas Süleymenov 18 may 2021-ci il tarixində AR Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir.
Parlamentlərarası əlaqələr
Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 121 ikitərəfli sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2017 |
142.10 |
34,27 |
107.83 |
|
2018 |
220.78 |
46.64 |
174.14 |
|
2019 |
229.60 |
24.02 |
|
205.58 |
2020 |
142.01 |
25.91 |
|
116.10 |
2021 yanvar-mart |
17.6 |
4.8 |
|
12.8 |
Mənbə: AR Gömrük Komitəsinin məlumatı
Azərbaycana idxal olunan məhsullar: Təbii qaz, buğda, təbii barium sulfatı (barıt); xam neft və bitumlu minerallardan alınan xamneft məhsulları
Qazaxıstana ixrac olunan məhsullar: Ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza, meyvə, meyvə şirələri, mebellər
Birgə Hökumətlərarası Komissiya
1999-cu ildə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyi
Tel.: + 7 (7172) 24 15 81
Faks: + 7 (7172) 24 15 32
Səfir – Rəşad Məmmədov
Diplomatik city, Residence B-6, Nursultan
snur@mission.gov.az www.azembassy.kz
Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğu
tel: +7 72 92 50 45 90
fax: +7 72 92 50 45 90
Baş konsul v.i.e.: Elmar Məmmədov
+7 777 920 71 70
13000 Aktau, mikrorayon 4, ev 12.
azconsul.aktau@gmail.com aktau@mission.mfa.gov.az www.azconsulateaktau.kz