Koreya Xalq Demokratik Respublikası
Azərbaycan Respublikası və Koreya Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
Koreya Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabr tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 30 yanvar 1992-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında xüsusi ilə çoxtərəfli əsasda – BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
2018-ci il 5-6 aprel tarixlərində Koreya Xalq Demokratik Respublikası xarici işlər naziri Ri Yonq-ho Qoşulmama Hərəkatının 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Azərbaycana Respublikasına işgüzar səfər etmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında 1 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
20.73 |
0 |
20.73 |
2022 |
0.03 |
0 |
0.03 |
2023 (yanvar-sentyabr) |
26.96 |
0 |
26.96 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi