Tacikistan Respublikası
Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikitərəfli münasibətlər
29 may 1992-ci ildə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.
2007-ci ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi açılmışdır. 2008-ci ildə Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi açılmışdır.
2007-ci il 15 mart tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında tarixli dostluq və əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.
27-28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına işgüzar səfər etmişdir
10-11 avqust 2018-ci ildə Tacikistan Prezidenti cənab E.Rahmon Azərbaycana rəsmi səfər etmişdir.
29-30 mart 2021-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov “Asiyanın Ürəyi - İstanbul Prosesi” 9-cu nazirlər konfransında iştirak etmək üçün Tacikistan Respublikasına rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupun rəhbəri Aydın Mirzəzadədir.
Tacikistan Respublikasının Ali Məclisi ikipalatalıdır. Tacikistan Respblikasının Ali Məclisinin nümayəndələr palatasında fəaliyyət göstərən Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Camşed Murtazazodadır.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 57 sənəd imzalanmışdır.
İqtisadi əməkdaşlıq
Azərbaycan Respublikasının ilə Tacikistan Respublikası arasında ticarət dövriyyəsi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
12.32 |
12.08 |
0.24 |
2017 |
1,5 (mln) |
1,4 (mln) |
32.89 (min) |
2018 |
6.553 (mln) |
6.5 (mln.) |
53.4 (min) |
2019 |
3,160.81(mln) |
3150,49(mln.) |
10.36(min) |
2020 |
5,238.17(mln) |
5171.81(mln.) |
66.36(min) |
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycandan Tacikistana ixrac: ağ şəkər (saxaroza), reaktiv mühərriklər və digərləri üçün kerosin yanacağı, şokolad və ondan hazırlanan məmulatlar, şəkər və ya aromatik maddələr əlavə edilmiş sular, sürtgü yağları, pambıq yağı və onun fraksiyaları
Azərbaycana Tacikistandan idxal: aşqarlanmamış alüminiumdan en kəsiyinin maksimal ölçüsü 7 mm-dən çox olan məftillər
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin ünvanı:
Duşanbə şəhəri, 734003, Z.Nozimov küçəsi, ev 18
Səfirliyin internet səhifəsi: www.dushanbe.mfa.gov.az
Əlaqə nömrələri: +992372247027, +992372247028, +992372247029