Filippin Respublikası
Azərbaycan Respublikası və Filippin Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Filippin Respublikası arasında diplomatik münasibətlər 27 mart 1992-ci ildə qurulmuşdur.
Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyi Filippində də akkreditasiya olunmuşdur (2013). Filippin Respublikasının Ankaradakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.
Parlamentlərarası əlaqələr
1 iyun 2023-cü il tarixində Filippin Parlamentində Filippin-Azərbaycan dostluq qrupunun təsisatına dair qətnamə qəbul edilmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Filippin Respublikası arasında 2 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
3 402.46 |
4.89 |
3 397.57 |
2020 |
3 180.00 |
0 |
3 180.00 |
2021 |
3 965.27 |
9.65 |
3 955.62 |
2022 |
4 629.29 |
38.10 |
4 591.19 |
2023 (yanvar-sentyabr) |
5 905.99 |
0.00 |
5 905.99 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Filippin Respublikasında akkreditə olunmuş Səfirliyi
Ünvan: Jl. Karang Asem Tengah Block C-5 No. 20, Kuningan Timur, Cakarta Selatan, Cakarta, İndoneziya, 12950
Rəsmi internet səhifəsi: www.jakarta.mfa.gov.az
Tel: +622125554408