Waving Flag of the Maldives (Animated Gif)

Maldiv Respublikası

 

Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında diplomatik əlaqələr 20 dekabr 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi eyni zamanda Maldiv Respublikasında akkreditə olunmuşdur. Maldiv Respublikasının Hindistan Respublikasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.

 

Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

25-26 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci sammitində iştirak etmək məqsədilə Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid Azərbaycana səfər etmişdir.

11-14 iyun 2022-ci ildə Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri qismində Azərbaycana səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 2 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

68.59

68.59

0.00

2022

81.41

81.41

0.00

2023 (yanvar-sentyabr)

5.50

0.00

5.50

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Maldiv Respublikasında akkreditə olunmuş Səfirliyi

Ünvan: 41, Paschimi Marg, Vasant Vihar, Nyu Delhi – 110057, Hindistan

Rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az

Tel: +911126152228

Faks: +911126152227

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti