Waving Flag of Israel (Animated Gif)

İsrail Dövləti

 

Azərbaycan Respublikası və İsrail Dövləti arasında ikitərəfli münasibətlər

25 dekabr 1991-ci il tarixində İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər 7 aprel 1992-ci il tarixində qurulmuşdur.

21 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu ilə görüş keçirmişdir.

13 dekabr 2016-cı il tarixində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. 

24 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilmiş Dünya İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Baş Naziri cənab Benyamin Netanyahu ilə görüşmüşdür.

Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir.

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanmışdır.

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Rafailov Anatoliy Xaimoviçdir.

 

İsrail Parlamentində, həmçinin İsrail- Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Evgeny Sovadır.

 

İqtisadi sahədə əməkdaşlıq

 Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

23.96

1 766.95

1 790.91

2015

24.87

801.53

826.4

2016

15,622.45

664,113.14

679,735.59

2017

35,673.88

638,938.40

671,612.28

2018

6,686.28

308,220.26

314,906.54

2019

43686.27

1331616.19

1375302.46

2020  

28220.95

437.500.07      

465721.02

                   

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

13 dekabr 2016-cı ildə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya yaradılmışdır.

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti