Banqladeş Xalq Respublikası
Azərbaycan Respublikası və Banqladeş Xalq Respublikası arasında ikitərəfli münasibətlər
30 dekabr 1991-ci ildə Banqladeş Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 26 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın Hindistandakı səfiri eyni zamanda Banqladeşdə akkreditə olunmuşdur. Banqladeş Xalq Respublikasının Türkiyədəki səfiri eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.
Baş nazirlərin qarşılıqlı səfərləri
- 25-26 oktyabr 2019-cu il tarixlərində Xanım Şeyx Hasina Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət və hökumət başçılarının 18-ci sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 9-11 iyun 2013-cü il tarixlərində Dipu Moni Azərbaycanda rəsmi səfərdə olmuşdur.
- 5-6 may 2018-ci il tarixində Elmar Məmmədyarov İƏT Xarici işlər nazirləri Şurasının 45-ci sessiyasında iştirak etmək məqsədilə Dəkkə şəhərində səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan-Banqladeş parlamentlərarası işçi qrupunun rəhbəri Hüseynov Aydın Nəsir oğludur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Banqladeş Xalq Respublikası arasında 4 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
13 626.4 |
254.3 |
13 372.1 |
2020 |
8 079.3 |
359.6 |
7 719.7 |
2021 |
11 563.9 |
290.2 |
11 273.7 |
2022 |
19 324.9 |
1 859.3 |
17 465.6 |
2023 (yanvar-sentyabr) |
25 881.6 |
1 959.8 |
23 921.8 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Banqladeş Xalq Respublikasında akkreditə olunmuş Səfirliyi
Ünvan: 41, Paschimi Marg, Vasant Vihar, Nyu Dehli – 110057, Hindistan
Rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az