Waving Flag of Ukraine (Animated Gif)

Ukrayna

 

Azərbaycan Respublikası və Ukrayna arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası  və Ukrayna arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər digər sahələrində inkişafa təkan verir və münasibətlərimizin məzmunca zənginləşməsinə zəmin yaradır.

 

Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır.

 

Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya 14 yanvar 2022-ci ildə işgüzar səfər etmişdir.

- Ukrayna Prezidenti Volodimir Zelenski 16-17 dekabr 2019-ci ildə rəsmi Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995 –ci ildən fəaliyyət göstərir.

 

Azərbaycan tərəfdən qrupun rəhbəri – Əlibala Məhərrəmzadə. Qrupun 18 üzvü vardır.

 

16 yanvar 2020-ci ildə Ali Radada Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə deputat qrupu yaradılmışdır. Ukrayna tərəfdən qrupun həmrəhbərləri – Valeri Kolyuxa və Vladimir Kreydenko. Qrupun 48 üzvü vardır.

 

Müqavilə-hüquq bazası

 

İki ölkə arasında 162 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

807

340

467

2020

771

353

418

2021

922.473.48

452.449.32

470.024.16

2022

617.779.42

357.974.81

259.804.61

2023 (yanvar-oktyabr)

285.127.67

94.796.54

190.331.13

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi

Ünvan: Qlıboçitska 24, Kiyev şəhəri, 04052

Rəsmi internet səhifəsi: kiev.mfa.gov.az

E-poçt: kiev@mission.mfa.gov.az (consul_kiev@mission.mfa.gov.az)

Tel: +380 44 484 69 40 (+380 73 505 00 00)

Faks: +380 44 484 69 46

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti