Sloveniya Respublikası
Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında ikitərəfli münasibətlər
Sloveniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. Diplomatik münasibətlər 20 fevral 1996-cı ildə qurulmuşdur.
Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində qarşılıqlı olaraq maraq mövcuddur və bu məqsədlə səylər davam etdirilir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Ağalar Vəliyevdir.
Sloveniya Respublikası Milli Şurasının Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Matyaş Nemetsdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Sloveniya arasında 12 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Sloveniya arasında iqtisadi əlaqələr inkişaf edir. Hal-hazırda Azərbaycanla Sloveniya arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı maraq mövcuddur.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan və Sloveniya arasında ticarət dövriyyəsinin həcmi 10 397,52 min ABŞ dolları təşkil etmişdir. Azərbaycan şirkətlərinin və sərmayədarlarının Sloveniyada fəaliyyəti üçün münbit şərait mövcuddur. Gələcəkdə müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar nəzərdən keçirilməkdədir.
Azərbaycan və Sloveniya arasında sənaye, energetika, kənd təsərrüfatı, avadanlıq, turizm, İKT sahələrində əməkdaşlıq üçün potensial mövcuddur.
Azərbaycan ilə Sloveniya arasında ticarət dövriyyəsi
(min. ABŞ dolları ilə)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
2020 (yanvar-iyun) |
10 397,52 |
0.00 |
10 397,52 |
2019 |
17 122, 68 |
26,02 |
17 148,70 |
2018 |
15 375,47 |
8 332,38 |
23 707,85 |
2017 |
17 587,5 |
5 274,4 |
22 861.9 |
Diplomatik nümayəndəlik
Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin (eyni zamanda Sloveniya Respublikasındakı Səfirliyinin) ünvanı: Hügelgasse 2, A-1130 Vienna.
Səfirliyin rəsmi internet səhifəsi: http://vienna.mfa.gov.az