Waving Flag of Albania (Animated Gif)

Albaniya Respublikası

 

Azərbaycan Respublikası və Albaniya Respublikası arasında ikitərəfli münasibətlər

 

Albaniya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 4 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü il tarixində qurulmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin 18 noyabr tarixində Azərbaycan Respublikasının Albaniya Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Qanunu imzalamışdır. Albaniya Respublikasının Nazirlər Şurası 1 mart 2023-cü il tarixində Albaniya Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin təsis edilməsi barədə qərar qəbul etmişdir.

 

Azərbaycan Albaniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Albaniya Respublikasının Prezidenti cənab Buyar Nişani:

10-11 mart 2016-cı il - işgüzar səfər

- Albaniya Respublikasının Prezidenti cənab Buyar Nişani:

15-18 mart 2017-ci il - işgüzar səfər

- Albaniya Respublikasının Prezidenti cənab İlir Meta:

15-17 mart 2018-ci il - işgüzar səfər

- Albaniya Respublikasının Prezidenti cənab İlir Meta:

14-16 mart 2019-cu il - işgüzar səfər

- Albaniya Respublikasının Prezidenti cənab İlir Meta:

16 iyun 2022-ci il - işgüzar səfər

- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev:

15 noyabr 2022-ci il - dövlət səfəri

- Albaniya Respublikasının Prezidenti cənab Bayram Beqay:

11-12 mart 2023-cü il tarixində - işgüzar səfər

- Albaniya Respublikasının Prezidenti cənab Bayram Beqay:

7-8 iyul 2023-cü il - rəsmi səfər

- Albaniya Respublikasının Prezidenti cənab Bayram Beqay:

14-16 mart 2024-cü il – işgüzar səfər

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Albaniya Respublikasının Baş naziri Sali Berişa:

9-10 fevral 2012-ci il - rəsmi səfər

- Albaniya Respublikasının Baş naziri Sali Berişa:

6-8 aprel 2013-cü il - işgüzar səfər

- Albaniya Respublikasının Baş naziri Edi Rama:

16 dekabr 2013-cü il - işgüzar səfər

- Albaniya Respublikasının Baş naziri Edi Rama:

14 aprel 2022-ci il tarixində - rəsmi səfər

- Albaniya Respublikasının Baş naziri Edi Rama:

8 dekabr 2022-ci il - işgüzar səfər

- Albaniya Respublikasının Baş naziri Edi Rama:

1-2 mart 2024-cü il - işgüzar səfər

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev:

24-26 oktyabr 2002-ci il - işgüzar səfər

- Albaniya Respublikasının xarici işlər naziri Edmond Hacinasto:

10-11 mart 2011-ci il - rəsmi səfər

- Albaniya Respublikasının xarici işlər naziri Ditmir Buşati:

16 dekabr 2013-cü il - işgüzar səfər

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Etibar Əliyevdir. Qrupun 5 üzvü var.

 

Albaniya Parlamentində Albaniya-Azərbaycan dostluq qrupu 2010-cu ildə yaradılmışdır.

 

- Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Albaniyaya rəsmi səfər edib:

17-18 sentyabr 2012

- Albaniya Respublikası Parlamentinin sədri Jozefina Çoba Topalli Azərbaycana rəsmi səfər edib:

29 iyun 2010-cu il

- Albaniya Respublikası Parlamentinin sədri İlir Meta Azərbaycana rəsmi səfər edib:

19-22 oktyabr 2014

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında 10 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

“Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş”ə əsasən 2014-cü ildə Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu təsis edilmişdir. İşçi Qrupun ilk iclası 4 may 2023-cü il tarixində Tirana şəhərində keçirilmişdir. İşçi Qrupun əsasında Birgə Hökumətlərarası Komissiyanın təsis olunmasına qərar verilmişdir (01.03.2024-cü il tarixində Bakıda imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Sazişə əsasən). Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Albaniya tərəfdən isə infrastruktur və energetika naziri Belinda Ballukudur.

 

İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, xüsusən də enerji sektorunda inkişaf edən əməkdaşlıq üçün geniş potensial mövcuddur.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

863.53

0.00

863.53

2020

232.12

0.00

232.12

2021

4 951.01

4 293.08

657.93

2022

1 650.45

364.61

1 285.84

2023

1 527.79

950.91

576.88

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Albaniya Respublikasındakı Səfirliyi

E-poçt: tirana@mission.mfa.gov.az

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti