Niderland Krallığı
Azərbaycan Respublikası və Niderland Krallığı arasında münasibətlər
Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1 aprel 1992-ci il tarixində qurulmuşdur.
20 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Niderland Krallığında Azərbaycan Səfirliyinin açılması barədə sərəncam imzalamışdır.
2007-ci ilin may ayında Azərbaycanın Niderland Krallığında Səfirliyi fəaliyyətə başlamışdır.
Niderland Krallığının Azərbaycandakı Səfirliyi 26 iyun 2009-cu il tarixində açılmışdır.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Qrupun rəhbəri Eldar Quliyevdir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Niderland arasında 12 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası və Niderland Krallığı arasında ticarət əlaqələri (min ABŞ dolları ilə)
İllər |
İdxal |
İxrac |
Dövriyyə |
2015 |
102,8 |
101,8 |
204,6 |
2016 |
75,6 |
38,3 |
113,9 |
2017 |
87,9 |
86,7 |
174,6 |
2018 |
103,8 |
78 |
181,8 |
2019 |
137,2 |
68 |
205,2 |
2020 |
96 |
7,9 |
103,9 |
Mənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik:
Ünvan: Andries Bickerweg 6, 2517 JP, The Hague, The Netherlands
Səfirliyin internet səhifəsi: www.hague.mfa.gov.az