Waving Flag of Germany (Animated Gif)

Almaniya Federativ Respublikası

 

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

 

Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycanın Almaniyada Səfirliyi 2 sentyabr 1992-ci il tarixində açılmışdır. Almaniyanın Azərbaycanda Səfirliyi 22 sentyabr 1992-ci  il tarixində açılmışdır.

 

Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidentinin AFR-ə 17 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev: 01-4.07.1996; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: 24-26.08.2004, 22-23.09.2006, 14-16.02.2007, 21-22.11.2009, 04-06.02.2010, 03-05.02.2012, 20-21.01.2015, 06-08.02.2015, 12-14.02.2016, 06-07.06.2016, 17-19.02.2017, 14-16.02.2020, 16-18.02.2023, 13-14.03.2023, 16-18.02.2024, 25-26.04.2024).

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Baş nazirinin Almaniyaya 1 (işgüzar) səfəri həyata keçirilmişdir (Baş nazir A.Rasizadə: 21-23.10.2000);

- Almaniya Federal Kanslerinin AR-ə 1 (rəsmi) səfəri həyata keçirilmişdir (federal kansler A.Merkel: 25.08.2018).

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər nazirinin Almaniyaya 14 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (nazir E.Məmmədyarov: 5-7.07.2006; 4-6.02.2008, 28-30.06.2010, 4-6.02.2011, 18-19.10.2012, 01-03.02.2013, 31.01-02.02.2014, 11.05.2016, 08-09.12.2016, 16-17.02.2018, 15-17.02.2019); nazir C.Bayramov: 28-29.03.2022, 16-18.02.2023, 28-29.02.2024);

- Almaniya Federativ Respublikasının xarici işlər nazirinin Azərbaycana 8 rəsmi və işgüzar səfəri həyata keçirilmişdir (nazir K.Kinkel: 22.12.1995; nazir Y.M.Fişer: 20-21.05.2001, 21-22.04.2004; nazir F-V.Ştaynmayer: 19.02.2007; nazir Q.Vestervelle: 14-15.03.2012; nazir F-V.Ştaynmayer: 22-23.10.2014, 30.06.2016; nazir A.Berbok: 04.11.2023).

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri - Nurlan Həsənov) fəaliyyət göstərir. Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu (sədri - Yohan David Vadeful, Xristian-Demokrat İttifaqı partiyası) Azərbaycanı da əhatə edir.

 

- Azərbaycan Respublikası Milli Məclisi sədrinin Almaniyaya 2 səfəri həyata keçirilmişdir (spiker O.Əsədov: 8-10.09.2019; spiker S.Qafarova: 29-30.11.2023);

- Almaniya Bundestaqının vitse-prezidentinin Azərbaycana 1 səfəri həyata keçirilmişdir (vitse-prezident K. Göring-Ekart: 18.07.2022).

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında indiyə qədər 77 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrup 5 may 2011-ci ildə təsis edilmişdir.

Həmsədrlər:

Azərbaycan tərəfindən – iqtisadiyyat nazirinin müavini

Almaniya tərəfdən – Federal İqtisadiyyat və Enerji Nazirliyinin xarici iqtisadi siyasət idarəsinin baş direktoru Ekhard Frants.

İşçi qrupun indiyədək 9 iclası keçirilmişdir. 1-ci iclas 19-21 oktyabr 2011-ci ildə Berlində, sonuncu 9-cu iclas 10 fevral 2023-cü ildə Berlin şəhərində keçirilmişdir.

12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası təsis edilmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2020

817. 58

234.11

583.47

2021

1 284.66

650.26

634.4

2022

1 254.9

591.3

663.6

2023

1824.34

907.92

916.42

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi

Ünvan: Hubertusallee 43, 14193 Berlin, Almaniya

Rəsmi internet səhifəsi: www.berlin.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti