Rumıniya
Azərbaycan Respublikası ilə Rumıniya arasında ikitərəfli münasibətlər
Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanımışdır. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqı üzv ölkələrinin arasında isə ilk ölkədir. 19 iyun 1992-ci ildə diplomatik əlaqələr qurulmuşdur.
1998-ci ilin 03 noyabrda Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixindən isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilmişdir.
3-4 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Rumıniyaya işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Rumınniya parlamentlərarası əlaqələr üzrə işçi qrup 8 nəfərdən ibarətdir. Qrupun rəhbəri Azay Quliyevdir. Rumıniya parlamentində 2021-ci ilin may ayından Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir. Qrup 10 nəfərdən ibarətdir. Qrupun rəhbəri Kristian-Daniel İvanutsa.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Rumıniya arasında 61 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında ticarət əlaqələri (min ABŞ dolları)
İllər |
İdxal |
İxrac |
Ticarət Dövriyyəsi |
Saldo |
2016 |
15198,1 |
90,3 |
15208,4 |
-15107,8 |
2017 |
68124,4 |
267229,9 |
335354,3 |
199105,5 |
2018 |
5550,7 |
44639,1 |
50189,8 |
39088,4 |
2019 |
57449,33 |
139189,50 |
196638,83 |
81,740,17 |
2020 |
44.134.67 |
71.624.23 |
115,758, 90 |
27,489,56 |
2021 Yanvar-mart |
9.672.81 |
36.056.66 |
45.729.47 |
Rumıniyadan Azərbaycan Respublikasına əsas idxal olunan məhsullar:
müxtəlif avadanlıq və cihazlar, onların hissələri;
cərəyan mühərrikləri və avadanlıqları, naqillər;
qara metal məmulatları;
mebel və mebellərin hissələri;
ağac yonqarlı plitələr;
dərman vasitələri;
Azərbaycan Respublikasından Rumıniyaya əsas ixrac olunan məhsullar:
xam neft;
emal olunmamış aliminium ərintiləri;
qazoyllar;
reaktiv kerosin yanacağı;
kimyəvi məhsullar və preparatlar.
Diplomatik nümayəndəlik:
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin ünvanı: 10 Grigore Gafencu küç. Sektor 1, Buxarest
Səfirliyin rəsmi internet səhifəsi: http://bucharest.mfa.gov.az