Serbiya Respublikası
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ikitərəfli münasibətlər
Keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulmuşdur.
8 iyun 2011-ci il tarixində Azərbaycanın Serbiya Respublikasında səfirliyi açılmışdır.
21-22 may 2018-ci il tarixlərində Serbiya Prezidenti cənab Aleksadar Vuçiç Azərbaycana rəsmi səfər etmişdir.
3-6 aprel 2018-ci il tarixlərində Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir.
21-26 oktyabr 2019-cu il tarixlərində Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Azərbaycana işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrup faəliyyət göstərir. Qrupun rəhbəri Məlahət İbrahimqızıdır.
Serbiya parlamentində Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Rakiç Katarinadır.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Serbiya Respublikası arasında 34 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Serbiya arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)
İllər |
İdxal |
İxrac |
Ticarət Dövriyyəsi |
Saldo |
2016
|
4035.6
|
4.3 |
4039.9
|
-4031.3 |
2017
|
5477.5 |
18 |
5495.5 |
-5459.5 |
2018
|
5510.57 |
31.39 |
5541.96 |
5479.18 |
2019 |
8114.49 |
408.95 |
8 523.44 |
|
2020 |
7.864.60 |
1.196.18 |
9.060.78 |
|
2021 yanvar-mart |
2.654.67 |
663.39 |
3.318.06 |
|
Azərbaycana Serbiyadan idxal: dərman preparatları, təsnif edilməyən mallar, sərnişin avtomobilləri üçün şinlər və s.
Azərbaycandan Serbiyaya ixrac: qurğuşun ərintiləri, təsnif edilməyən mallar.
Diplomatik nümayəndəlik:
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin ünvanı: Pere Velimirovica str. 25, 11000 Belgrade
Səfirliyin rəsmi internet səhifəsi: http://belgrade.mfa.gov.az