İtaliya Respublikası
Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlər
İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.
1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir.
18-19 iyul 2018-ci il tarixlərində İtaliya Prezidenti cənab Sercio Mattarella Azərbaycana rəsmi səfər etmişdir.
19-21 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliyaya ilk dövlət səfəri etmişdir.
25-26 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliyaya rəsmi səfər etmişdir.
7 noyabr 2016-cı il tarixində İtaliya Respublikasının xarici işlər və əməkdaşlıq naziri Paolo Gentiloni Azərbaycana rəsmi səfər etmişdir.
20 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya rəsmi səfər etmişdir.
24-25 oktyabr 2017-ci il , 29 mart 2018-ci il, 5-7 dekabr 2018-ci il və 15-18 sentyabr 2019-ci il ta tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrup 34 nəfərdən ibarətdir. Qrupun rəhbəri Azər Kərimlidir.
İtaliya Respublikası Parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu (rəsmi) fəaliyyət göstərir. Qrupun rəhbəri 5 Ulduz partiyasının təmsilçisi deputat Stefano Luççidir. Həmçinin, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası (qeyri-rəsmi) fəaliyyət göstərir. Qrupun rəhbəri Liqa partiyasının təmsilçisi deputat Rossana Boldidir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və İtaliya Respublikası arasında 60 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsi (milyon ABŞ dolları)
İllər |
İdxal |
İxrac |
Dövriyyə |
2016 |
332 |
1556 |
1888 |
2017 |
319 |
4406 |
4725 |
2018 |
340 |
5879 |
6219 |
2019 |
369897,21 |
5638641,82 |
6008539,03 |
2020 |
396.214,23 |
4.172.239,62 |
4.568.453,85 |
2021 (yanvar-mart) |
80.621,59 |
1.469.666,83 |
1.550.288,42 |
İtaliya ölkəmizin ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsidir.
İki ölkənin xarici ticarət dövriyyəsinin məhsullar üzrə strukturunda xam neft və neft məhsullarının İtaliyaya ixracı üstünlük təşkil edir. İdxalatın məhsullar üzrə strukturunda maşınqayırma məhsulları, xüsusi təyinatlı mexaniki qurğular və maşınlar, dəzgahlar, ehtiyat hissələri, həmçinin, dərman vasitələri, transformatorlar, inşaat materialları, mebel, ərzaq, trikotaj məmulatları yer tutur.
Diplomatik nümayəndəlik:
Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin ünvanı: Viale Regina Margherita 1, 00198 Roma, İtaliya.
Səfirliyin rəsmi internet səhifəsi: http://rome.mfa.gov.az