İsveç Krallığı
Azərbaycan Respublikası və İsveç Krallığı arasında münasibətlər
İsveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 16 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 08 may 1992-ci il tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının İsveç Krallığında Səfirliyi 2008-ci ilin yanvar ayında fəaliyyətə başlamışdır. İsveç Krallığının Azərbaycan Respublikasında Səfirliyi 01 mart 2014-cü il tarixindən fəaliyyətə başlamışdır.
6-7 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsveçə rəsmi səfər etmişdir.
4-6 noyabr 2019-cu il tarixlərində Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsveçə işgüzar səfər etmişdir.
9-10 fevral 2016-cı il tarixlərində İsveç Krallığının xarici işlər naziri Marqot Vallstömün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olmuşdur.
14-15 mart tarixlərində İsveç Krallığının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ölkəmizə işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kamilə Əliyevadır.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və İsveç Krallığı arasında 1 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanda 32 İsveç şirkəti qeydiyyatdan keçmişdir (sahələr: tikinti, ticarət və xidmət)
İki ölkə arasında ticarət dövriyyəsi
(milyon ABŞ dolları ilə)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2016 |
67.89 |
0.34 |
68.23 |
-67.55 |
2017 |
28.53 |
0.44 |
28.97 |
-28.09 |
2018 |
30.09 |
0.83 |
30.92 |
-29.26 |
2019 |
32.47 |
0.47 |
32.94 |
-32 |
2020 |
37.48 |
0.97 |
38.45 |
-36.51 |
Mənbə: AR Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycanın Respublikasının İsveç Krallığındakı Səfirliyinin ünvanı: Ünvan Barnhusgatan 3, 111 23, Stockholm
Səfirliyinin rəsmi internet səhifəsi: www.stockholm.mfa.gov.az