Gürcüstan
Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər
Azərbaycan və Gürcüstan arasında tarixən dostluq və mehriban qonşuluq münasibətləri yüksək səviyyədə olmuşdur. İki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoymuş 8 mart 1996-cı il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə”, həmçinin 4 mart 2004-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Gürcüstan arasında Birgə Bəyannamə”nin konstruktiv əlaqələrin gələcək inkişafı üçün mühüm önəm daşıyır.
Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 18 noyabr 1992-ci il tarixində qurulmuşdur.Azərbaycanın Gürcüstandakı səfirliyi 1996-cı ilin mart ayından etibarən fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilmiş və 03 dekabr 2010-cu il tarixdən Baş Konsulluq rəsmi fəaliyyətə başlamışdır. Gürcüstanın Azərbaycandakı səfirliyi 1995-ci ilin fevral ayından etibarən fəaliyyət göstərir.Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu 12 dekabr 2013-cü il tarixində rəsmi fəaliyyətə başlamışdır.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupun rəhbəri Arzu Nağıyevdir. Gürcüstan Parlamentində Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu mövcuddur. Qrupun rəhbəri vitse-spiker Kaxaber Kutsavadır.
10-11 mart 2016-cı ildə Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili IV Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına ilk işgüzar səfər etmişdir.
16-17 fevral 2019-cu ildə Gürcüstanın Prezidenti Salome Zurabişvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına ilk işgüzar səfər etmişdir.
18-19 fevral 2016-cı il, 29 avqust 2016-cı il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfər etmişdir.
6-7 mart 2016-cı il, 5-6 sentyabr 2017-ci il, 12-13 fevral 2017-ci il, 15 mart 2018-ci il tarixlərində Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycan Respublikasına rəsmi səfərlər etmişdir.
08 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov GUAM tədbirində iştirak etmək məqsədi ilə Gürcüstana işgüzar səfər etmişdir.
24 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər etmişdir.
Müqavilə hüquq bazası
İki ölkə arasında 109 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi (mln ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Dövriyyə |
2015 |
67,992.6 |
496,196.8 |
564,189.4 |
2016 |
51,469.2 |
343,419.4 |
394,888.6 |
2017 |
74,148.3 |
471,346.7 |
545,497.4 |
2018 |
94,094.7 |
485,346.7 |
579,441.4 |
2019 |
72.12 |
586.90 |
659.02 |
2020 |
74.293 |
461.924 |
536.217 |
Azərbaycandan Gürcüstana ixrac: benzin, dizel yanacağı, təbii qaz, ağ neft, bitum, mazut,un və un məmulatları, bitki yağı və s. məhsullar ixrac olunmuşdur.
Gürcüstandan Azərbaycana idxal: sement, şlak, dross, yanıq dəmir və qara metal emalının digər tullantıları; mineral və qazlı sular; alkoqolsuz içkilər; iribuynuzlu mal-qara; pərakəndə satış üçün qablaşdırılmış halda dərman vasitələri və s. məhsullar idxal olunmuşdur.
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 25 mart 2004-cü ildə yaradılmışdır
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin ünvanı:
4, V.Gorgasali küçəsi, 0114 Tbilisi, Gürcüstan
Səfirliyin internet səhifəsi: www.tbilisi.mfa.gov.az