Waving Flag of Austria (Animated Gif)

Avstriya Respublikası

 

Azərbaycan Respublikası və Avstriya Respublikası arasında ikitərəfli münasibətlər

 

Avstriya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 15 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il  tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi 1 sentyabr 1995-ci il  tarixindən fəaliyyət göstərir.

Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 23 iyun 2010-cu il  tarixindən fəaliyyət göstərir.

Azərbaycanın  Avstriya Respublikasının Sankt Pölten və Zalsburq şəhərlərində Fəxri Konsulluqları fəaliyyət göstərir.

13 may 2013-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə" iki ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 rəsmi səfər (3-6 iyul 2000-ci il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 rəsmi səfər (13.05.2013-cü il), 2  işgüzar səfər  edib. Sonuncu səfər 29 Mart 2019-cu il tarixində olub.

- Avstriya Prezidenti Azərbaycana 1 səfər edib (11.10.2011-ci il).

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Avstriyaya 5 dəfə səfər edib. Sonuncu səfər nazir Ceyhun Bayramov tərəfindən 6 iyun 2023-cü il tarixində baş tutub.

- Avstriyanın xarici işlər naziri 3 dəfə Azərbaycana səfər edib. Sonuncu səfər nazir Aleksandr Şallenberq tərəfindən 25 iyun 2021-ci il tarixində baş tutub.

 

Parlamentlərarası əlaqələr

AR Milli Məclisində 13 dekabr 2005-ci il tarixindən etibarən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu (16 millət vəkili) fəaliyyət göstərir.

Rəhbər: Tahir Mirkişili.

Avstriya Parlamentində Avstriya-Cənubi Qafqaz ikitərəfli parlament qrupu (12 millət vəkili) fəaliyyət göstərir.

Rəhbər: Andreas Minnix (Avstriya Xalq Partiyası).

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Avstriya arasında 41 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya 1999-cu ildə yaradılmışdır. 16 may 2022-ci il tarixində Bakıda Qarışıq Komissiyanın 10-cu iclası keçirilmişdir.

 

Avstriya-Azərbaycan Ticarət Palatası 2009-cu ildə Vyanada yaradılmışdır.

 

Avstriya İqtisadiyyat Palatasının Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

268

185.7

82.3

2020

154

104

50

2021

220.6

139

80.6

2022

173.2

90.8

82.4

2023

244.67

153.79

90.88

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi

Ünvan: Hügelgasse 2, A-1130 Vyana, Avstriya

Rəsmi internet səhifəsi: www.vienna.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti