Waving Flag of Bosnia and Herzegovina (Animated Gif)

 

Bosniya və Herseqovina

 

Azərbaycan Respublikası və Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər

 

Bosniya və Herseqovina Azərbaycan Respublikasının müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, həmin gün iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.

Azərbaycanın Bosniya və Herseqovinada Diplomatik Nümayəndəliyi 1 mart 2011-ci ildə təsis olunmuşdur.

 

10-12 mart 2016 - cı il, 16-18 mart 2017 cı il,15-17 mart 2018 ci il, 14-16 mart 2019 cı il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri cənab Mladen İvaniç Azərbaycana işgüzar səfərlər etmişdir.

25-26 oktyabr 2019-cu il Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri cənab Milorad Dodik Azərbaycanda işgüzar səfər etmişdir.

1-2 dekabr 2016-cı il, 3-6 aprel 2018-ci il tarixlərində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadakın Azərbaycanda rəsmi səfərlər etmişdir.

 

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Məzahir Əfəndiyevdir.

2020-cı ildən etibarən Bosniya və Herseqovinanın Parlament Assambleyasında fəaliyyət göstərən Şərqi və Mərkəzi Avropa üzrə parlamentlərarası dostluq qrupunun (Azərbaycan həmin qrupa daxildir) 11 üzvü var, qrupun rəhbəri Barisa Çolakdır.

 

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Bosniya və Herseqovina arasında 6 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

         

 
Azərbaycan və Bosniya və Herseqovina arasındakı ticarət dövriyyəsi  (milyon ABŞ dolları)

 

 

İllər

İdxal

İxrac

Ticarət Dövriyyəsi

Saldo

2016

276,9

0,0

276,9

-276,9

 

2017

 

851,4

14,7

866,1

-836,7

2018

 

818.1

0,0

818.1

-818.1

2019

 

 

370.42

0,0

370.42

-370.42

2020

 

 

741,76

0,0

741.76

-741.76

2021

Yanvar-mart

 

338.81

0,0

338.81

-338.81

 

Azərbaycana idxal olunan məhsulları:

dərman vasitələri

kosmetik vasitələr

ərzaq məhsulları

Ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:

Bosniya və Herseqovinadan Azərbaycan Respublikasına idxalda - pərakəndə satış üçün qablaşdırılmış halda digər dərman vasitələri, makiyaj  və digər kosmetik vasitələr.

 

Diplomatik nümayəndəlik:

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliyinin ünvanı: Dzemala Bijedica 305, 71210, Ilidza, Sarajevo

 

Səfirliyin rəsmi internet səhifəsi: sarajevo.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti