Waving Flag of Ukraine (Animated Gif)

Ukrayna

 

Ukrayna ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər

Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 6 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi 1997-ci il 17 mart tarixində, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi 1996-cı il 05 may tarixində açılmışdır.

Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər pozitiv inkişaf dinamikasına malikdir. Ölkə başçıları, hökumət rəhbərləri, parlament sədrləri və üzvləri, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında vacib amil olmuşdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində 22 may 2008-ci il tarixində “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması, 28 aprel 2011-ci il tarixində isə “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur.

14 iyul 2016-cı il tarixində Ukrayna Prezidenti cənab Petro Poroşenkonun Azərbaycana səfəri baş tutmuşdur.

16-17 dekabr 2019-cu il tarixində Ukrayna Prezidenti cənab Vladimir Zelenskinin Azərbaycana səfəri baş tutmuşdur.

2-3 oktyabr 2017-ci il tarixlərində Ukrayna xarici işlər naziri cənab Pavel Klimkinin Azərbaycana səfəri baş tutmuşdur.

Parlamentlərarası əlaqələr

Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci il tarixindən fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Ukrayna arasında 143 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq 

Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2017

459

350

810

2018

469

358

828

2019

467

340

807

2020

418

353

771

2021(yanvar-mart)

100

123

222

Mənbə: AR Gömrük Komitəsi

İdxalda əsas məhsullar: hava və qaz kompressorları, ventilyasiya qurğuları, vakum nasosları, neft və qaz quyularının qazılması üçün borular, neft-qaz kəməri boruları, təyyarələr və uçan aparatlar, onların hissələri, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar, soyuducular, natrium və kalium bromidləri, şokolad məmulatları, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə və tütün üstünlük təşkil edir.

İxracda əsas məhsullar: yanacaq, benzin, neft məhsulları, fındıq, bitki mənşəli məhsullar, meyvə və tərəvəz şirələri üstünlük təşkil edir.

Azərbaycan-Ukrayna Birgə Komissiyası 17 iyul 1993-cü il tarixində yaradılmışdır. Komissiyanın sonuncu, 11-ci iclası 30 iyun - 1 iyul 2016-cı il tarixlərində Bakı şəhərində keçirilmişdir.

17dekabr 2019-cu ilin Bakıdakı “Ukrayna Ticarət Evinin” rəsmi təqdimatı Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri zamanı baş tutmuşdur. Ticarət evinin strukturuna bir neçə restoran və “Ukrayna məhsulları” mağazalar şəbəkəsi (10 mağaza) daxildir. Bundan əlavə Ticarət evi tərəfindən Quba şəhərində bir neçə ticarət strukturu yaradılmışdır.

Ukraynada Azərbaycan-Ukrayna Sahibkarları və Sənayeçiləri Cəmiyyəti fəaliyyət göstərir.

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin ünvanı:

Qliboçitskaya küçəsi, 24

01901, Kiyev şəhəri, Ukrayna

Səfirliyin internet səhifəsi: www.kiev.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti