Slovakiya
Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında ikitərəfli münasibətlər
Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur.
Azərbaycanı Slovakiyada ölkəmizin Avstriyadakı Səfirliyi təmsil edir.
Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir.
5-6 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası xarici işlər naziri E. Məmmədyarovun Slovakiya Respublikasına səfəri baş tutmuşdur.
4-5 mart 2019-cu il, 17 mart 2021-ci il tarixlərində Slovakiya Respublikası xarici işlər nazirinin Azərbaycan Respublikasına səfərləri baş tutmuşdur.
Parlamentlərarası əlaqələr
AR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Anar Məmmədovdur.
Slovakiya Respublikasının Milli Şurasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Adriana Pçolinskadır.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 9 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 |
21.6 |
0.1 |
21.5 |
2017 |
23.9 |
0.9 |
23 |
2018 |
30 |
0.05 |
30 |
2019 |
28.9 |
0.4 |
28.5 |
2020 |
28,4 |
0.04 |
28,5 |
Mənbə: AR İqtisadiyyat Nazirliyi
Ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:
İdxal: ərzaq məhsulları, dərman vasitələri, ağacdan dirəklər və dayaqlar, kalsium tərkibli karbidlər və s.
İxrac: neft məhsulları, meyvə şirələri, emal olunmamış dərilər, təzə və quru meyvə və tərəvəz.