Waving Flag of Russia (Animated Gif)

Rusiya Federasiyası

 

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər

 

Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.Son illər ərzində iki ölkə arasındakı siyasi əməkdaşlıq xeyli dərəcədə artmışdır.Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mühüm təkan vermişdir. Diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulmuşdur. 1992-ci ildə hər iki dövlətin qarşılıqlı surətdə səfirlikləri açılmışdır.

 

1 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri baş tutmuşdur.       

20 iyun 2016-cı il, 21 iyul 2017-ci il, 27 dekabr 2017-ci il, 14 iyun 2018-ci il, 6 dekabr 2018-ci il, 3 oktyabr 2019-cu il, 20 dekabr 2019-cu il, 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərləri baş tutmuşdur.       

 

8 avqust 2016-cı il və 27 sentyabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin Azərbaycan Respublikasına işgüzar səfərləri baş tutmuşdur.

 

20-23 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri baş tutmuşdur.

 

5-7 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına rəsmi səfəri baş tutmuşdur.

 

7-8 aprel 2016-cı il, 28 aprel 2017-ci il, 15-16 noyabr 2017-ci il, 4-5 dekabr 2017-ci il, 4-5 aprel 2019-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına işgüzar səfərləri baş tutmuşdur.

    

26 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına rəsmi səfəri baş tutmuşdur.

 

9 oktyabr 2020-ci il, 1-2 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfərləri baş tutmuşdur.

 

19-20 noyabr 2017-ci il, 2-3 dekabr 2019-cu il tarixlərində tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Respublikasına rəsmi səfərləri baş tutmuşdur.

 

6-7 aprel, 2016-cı il, 11-12 iyul, 2016-cı il, 13-14 dekabr 2018-ci il, 21 noyabr 2020-ci il, 10-11 may 2021-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Respublikasına işgüzar səfərləri baş tutmuşdur.

 

 

 

 

Parlamentlərarası əlaqələr:

2003-cü ilin fevral ayından Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə komissiya fəaliyyət göstərir.

Hazırda Azərbaycan-Rusiya Parlamentlərarası komissiyanın həmsədri Əli Hüseynli (AR Milli Məclisinin vitse-spikeri), Rusiya-Azərbaycan Parlamentlərarası komissiyanın həmsədri isə Qalina Karelovadır.

 

Azərbaycan Milli Məclisində Rusiya Duması ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Nizami Səfərovdur.

Rusiya Dumasında Azərbaycan Parlamenti ilə əlaqələr üzrə deputat qrupu fəaliyyət göstərir.Qrupun rəhbəri Dmitriy Savelyevdir.

 

Son illərdə iki dövlət arasında siyasi əməkdaşlıq nəzərə çarpacaq dərəcədə fəallaşmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls vermişdirlər.

 

Müqavilə-hüquq bazası

 

İki ölkə arasında 236-dan çox sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq:

İkitərəfli ticarətin statistikası. Mln. ABŞ dolları ilə

 

İl

 

idxal

 

ixrac

 

Ticarət dövriyyəsi

 

Saldo

     2017

1554257,9

 

587025,4

2141283,3

- 967232.5

     2018

1885164,65

665741,42

 

 2550906,07

- 1219423,23

     2019

 2290219,80

 731826,20

  3022046

- 1558393,6

 

     2020

1.962.155,68

709.390,07

2.671.545,75

- 1252765,61

 

     2021

Yanvar-mart

449885,05

135330,85

585215,9

  • - 314554,2

 

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir (ümumi  ticarət dövriyyəsində 3-cü və qeyri neft sektoru üzrə isə 1-ci yer tutur).

   İqtisadi sahədə Azərbaycan və Rusiya arasında 45-dən çox sənəd imzalanmışdır. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir.

 

Azərbaycandan Rusiyaya ixrac - kənd təsərrüfatı məhsulları;
 təbii qaz; kerosin, kimya məhsulları; borular; spirtli içkilər
və mineral sular. Pomidor, xurma və fındıq idxalında ölkəmiz Rusiyanın əsas ticarət tərəfdaşıdır.

 

Rusiyadan Azərbaycana idxal -siqaret, kənd təsərrüfatı və qida məhsulları; benzin; polad və dəmir məmulatlar, tikinti materialları, ağac məmulatları; kimya məhsulları; dərman; istehlak məhsulları, avtomobil mühərrikləri; borular; diri ev heyvanları.

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin ünvanı:

125009 Leontyevskiy döngəsi, 16.

Səfirliyin internet səhifəsi: https://moscow.mfa.gov.az/az

 

Səfirliyin telefon nömrələri:

Kargüzarlıq

 

Konsulluq şöbəsi

Telefon: +7 495 629 4332

Telefon: +7 495 629 1649

Faks:     +7 495 695 5072

Elektron ünvan:

embassy@azembassy.msk.ru

 

Telefon: +7 495 629 4332

Telefon: +7 495 629 1649

Faks:     +7 495 629 5546

Elektron ünvan:

consulate@azembassy.msk.ru

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti