Waving Flag of Russia (Animated Gif)

Rusiya Federasiyası

 

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası Rusiya Federasiyası ilə münasibətlərinə böyük əhəmiyyət verir və bu münasibətlərin bütün istiqamətlər üzrə genişlənməsində və dərinləşməsində maraqlıdır. Hazırda Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq  səciyyəsi daşıyır və çoxşaxəli ikitərəfli əməkdaşlıq dinamikası yüksələn xətt üzrə inkişaf edir.

 

22 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ikitərəfli münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə çıxarmış və əlaqələrimizin bir qədər də genişləndirilməsi üçün yeni imkanlar yaratmışdır.

 

Məhz, ali səviyyədə təşəkkül tapmış güclü siyasi iradəyə söykənən siyasi dialoq ikitərəfli əlaqələrimizin ticarət-iqtisadi, investisiya, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, humanitar, mədəniyyət, turizm, regionlararası əməkdaşlıq, elm-təhsil, səhiyyə və digər sahələrdə müşahidə olunan sıx əməkdaşlığın və əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir.

 

Azərbaycan-Rusiya ikitərəfli formatlarla ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

 

- Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyaya 55 (3 rəsmi, 51 işgüzar və M. Rostropoviçin dəfn mərasimi ilə əlaqədar) səfər etmişdir. Son səfər (işgüzar) 24 oktyabr 2024-cü ildə baş tutmuşdur.

Rusiya Prezidenti cənab Vladimir Putin ölkəmizə 8 (1 rəsmi, 1 dövlət, 5 işgüzar və ümummilli lider Heydər Əliyevin dəfn mərasimi ilə əlaqədar) səfər etmişdir. V.Putinin son səfəri (dövlət)  18-19 avqust 2024-cü ildə baş tutmuşdur.

 

Vitse-prezidentlərin qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 20-23 noyabr 2019-cu ildə Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

- Səfər çərçivəsində M.Əliyeva Rusiyanın dövlət rəsmiləri ilə, o cümlədən Prezident cənab Vladimir Putin, Baş nazir Dmitri Medvedev ilə görüşlər keçirmiş, habelə Rusiya – Azərbaycan Regionlararası Forumun 10-cu yubiley tədbirinin rəsmi açılış mərasimində iştirak etmişdir.

 

Hökumət başçılarının qarşılıqlı səfərləri

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiyaya 3 səfər etmişdir, son səfər (işgüzar) 8 iyun 2023-cü ildə baş tutmuşdur.

- Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycana 3 səfər (işgüzar) etmişdir. Son səfər (işgüzar) 13 noyabr 2024-cü ildə baş tutmuşdur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya 9 (1 rəsmi, 8 işgüzar) səfər etmişdir. Son səfər (işgüzar) 6 oktyabr 2024-cü ildə baş tutmuşdur.

- Rusiya xarici işlər naziri Serqey Lavrov ölkəmizə 16 (6 rəsmi, 10 işgüzar) səfər etmişdir. Son səfər (rəsmi) 27-28 fevral 2023-cü ildə baş tutmuşdur.

 

Parlamentlərarası əlaqələr

 

2003-cü ilin fevral ayından Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin Federal Şurası arasında ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiya fəaliyyət göstərir.

 

Komissiyanın sonuncu (19-cu) iclası 6 iyul 2023-cü ildə Moskva şəhərində keçirilmişdir. Komissiyanın 20-ci (yubiley) iclası 8 dekabr 2023-cü ildə Bakı şəhərində keçirilmişdir.

 

Azərbaycan-Rusiya Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Əli Hüseynli (AR Milli Məclisinin vitse-spikeri)

Rusiya-Azərbaycan Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Qalina Karelova

 

Sözügedən Komissiya ilə yanaşı AR Milli Məclisinin Sədri S.Qafarovanın 12-13 fevral 2023-cü ildə Rusiyaya rəsmi səfəri çərçivəsində AR Milli Məclisi və RF Federal Məclisinin Dövlət Duması arasında parlamentlərarası komissiyanın yaradılması haqqında Saziş imzalanmışdır.

 

Azərbaycan-Rusiya Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Adil Əliyev (AR Milli Məclisinin vitse-spikeri)

Rusiya-Azərbaycan Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Aleksey Qordeyev (RF Dövlət Dumasının vitse-spikeri)

 

Azərbaycan Milli Məclisində Rusiya Duması ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

 

Müqavilə-hüquq bazası

 

İki ölkə arasında 263 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

3.022.046

731.826.20

2.290.219.80

2020

2.671.545.75

709.390.07

1.962.155.68

2021

2.995.131.31

920.819.53

2.074.311.78

2022

3.710.239.41

975.456.33

2.734.783.08

2023 (yanvar-oktyabr)

2.786.710.64

794.478.50

1.992.232.14

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi

Ünvan: 125009 Leontyevski döngəsi, 16

Rəsmi internet səhifəsi: moscow.mfa.gov.az

E-poçt: office_moscow@mission.mfa.gov.az (consul_moscow@mission.mfa.gov.az)

Tel: +7 495 629 4332, +7 495 629 1649 (+7 495 629 4332, +7 495 629 1649)

Faks: +7 495 695 5072 ( +7 495 629 5546)

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti