Waving Flag of Portugal (Animated Gif)

Portuqaliya Respublikası

 

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında ikitərəfli münasibətlər

 

Portuqaliya Azərbaycanın müstəqilliyini 7 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci il tarixində yaradılmışdır.

 

Azərbaycan Portuqaliya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi eyni zamanda Portuqaliyada akkreditə olunmuşdur.

 

Portuqaliyanın Bakıda səfirliyi fəaliyyət göstərir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev:

2-3 dekabr 1996-cı il (işgüzar səfər)

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

20-21 noyabr 2010-cu il (işgüzar səfər)

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Portuqaliya Respublikasının xarici işlər naziri Xaime Qama:

11-12 iyul 2001-ci il (rəsmi səfər)

7 mart 2002-ci il (işgüzar səfər)

- Portuqaliya Respublikasının xarici işlər naziri Luis Amado:

15 iyul 2010-cu il (işgüzar səfər)

- Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Portaş:

27-29 iyun 2012-ci il (rəsmi səfər)

- 30 noyabr 2023-cü ildə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomis Kravinyo ilə görüşü keçirilmişdir. 

 

Parlamentlərarası əlaqələr

Milli Məclisdə Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə 6 nəfərdən ibarət işçi qrupu mövcuddur, qrupun rəhbəri Nigar Arpadaraidir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

368 444.16

353 914.91

14 529.25

2020

252 118.22

239 779.07

12 339.15

2021

604 006.49

587 440.31

16 566.18

2022

756 619.66

743 407.52

13 212.14

2023

254 744.03

242 661.99

12 082.04

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti