Waving Flag of Poland (Animated Gif)

Polşa Respublikası

 

Azərbaycan Respublikası və Polşa Respublikası arasında ikitərəfli münasibətlər

 

Polşa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci  ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.

 

Azərbaycan Respublikasının Polşa Respublikasında Səfirliyi 30 avqust 2004-ci ildə təsis olunmuşdur. Polşa Respublikasında Azərbaycan Respublikasındakı Səfirliyi isə 23 avqust 2001-ci ildə təsis olunmuşdur.

 

Azərbaycan Polşa ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Polşaya səfərlər:

25-28 avqust 1997-ci il - Prezident Heydər Əliyevin rəsmi səfəri;

27-28 aprel 2004-cü il - Prezident İlham Əliyevin işgüzar səfəri;

30-31 mart 2005-ci il - Prezident İlham Əliyevin rəsmi səfəri;

15-17 may 2005-ci il - Prezident İlham Əliyevin işgüzar səfəri;

11-12 may 2007-ci il - Prezident İlham Əliyevin işgüzar səfəri;

26-27 fevral 2008-ci il - Prezident İlham Əliyevin rəsmi səfəri;

30 sentyabr 2011-ci il - Prezident İlham Əliyevin işgüzar səfəri;

8-9 iyul 2016-cı il - Prezident İlham Əliyevin işgüzar səfəri;

26-28 iyun 2017-ci il - Prezident İlham Əliyevin rəsmi səfəri.

- Azərbaycana səfərlər:

27-29 oktyabr 1999-cu il - Prezident Aleksandr Kvasnevskinin rəsmi səfəri;

30-31 mart 2007-ci il - Prezident Lex Kaçinskinin rəsmi səfəri;

18-19 iyun 2007-ci il - Prezident Lex Kaçinskinin işgüzar səfəri;

12 avqust 2008-ci il - Prezident Lex Kaçinskinin səfəri (Gəncə);

14 noyabr 2008-ci il - Prezident Lex Kaçinskinin işgüzar səfəri;

2-3 iyul 2009-cu il - Prezident Lex Kaçinskinin rəsmi səfəri;

24-26 iyul 2011-ci il - Prezident Bronislav Komorovskinin rəsmi səfəri;

5 mart 2012 - Prezident Bronislav Komorovskinin işgüzar səfəri;

31 may - 1 iyun 2019-cu il - Prezident Andjey Dudanın rəsmi səfəri.

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Polşaya səfərlər:

15-16 iyun 2000-ci il - Baş nazir Artur Rasi-zadənin işgüzar səfəri;

18 aprel 2010-cu il - Baş nazir Artur Rasi-zadənin işgüzar səfəri.

- Azərbaycana səfərlər:

10 mart 2010-cu il - Baş nazir Donald Tuskun rəsmi səfəri.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Polşaya səfərlər:

17-20 may 2000-ci il - Xarici işlər naziri Vilayət Quliyevin rəsmi səfəri;

12-13 iyun 2008-ci il - Xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;

16 may 2013-cü il - Xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;

27 yanvar 2015-ci il - Xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar səfəri;

10-12 aprel 2017-ci il - Xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;

16-18 aprel 2019-cu il - Xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;

30 noyabr-2 dekabr 2022 - Xarici işlər naziri Ceyhun Bayramovun işgüzar səfəri.

- Azərbaycana səfərlər:

1 mart 2007-ci il - Xarici işlər naziri Anna Fotiqanın rəsmi səfəri;

17-19 iyul 2012-ci il - Xarici işlər naziri Radoslav Sikorskinin rəsmi səfəri;

18-19 oktyabr 2017-ci il - Xarici işlər naziri Vitold Vaşçikovskinin rəsmi səfəri;

30-31 mart 2022-ci il - Xarici işlər naziri Zbiqnev Raunun işgüzar səfəri.

 

Parlamentlərarası əlaqələr

- Polşaya səfərlər:

26-27 yanvar  2005-ci  il - Milli Məclisin sədri Murtuz Ələsgərovun işgüzar səfəri;

21-23 may 2007-ci il - Milli Məclisin sədri Oqtay Əsədovun rəsmi səfəri;

10-12 noyabr 2008-ci il - Milli Məclisin sədri Oqtay Əsədovun işgüzar səfəri;

27 yanvar 2020-ci il - Milli Məclisin sədri Oqtay Əsədovun işgüzar səfəri;

19-21 aprel 2023-cü il - Milli Məclisin sədri Sahibə Qafarovanın rəsmi səfəri.

- Azərbaycana səfərlər:

8-10 noyabr 2006-cı il - Senatının marşalı Boqdan Boruseviçin rəsmi səfəri;

18-20 iyun 2008-ci il - Senatının marşalı Boqdan Boruseviçin işgüzar səfəri.

 

AR Milli Məclisində Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupa millət vəkili Səttar Möhbalıyev rəhbərlik edir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Polşa arasında 50 hüquqi sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

1995-2022-ci illər üzrə Polşa Azərbaycanın qeyri-neft sektoruna 24.8 milyon ABŞ dollar sərmayə qoyub. Eyni zamanda, Azərbaycan Polşanın həm qeyri-neft sektoruna, həm də qeyri-neft-qaz sektoruna 42.7 milyon ABŞ dolları sərmayə yatırıb.

 

30 Polşa şirkəti Azərbaycanda sənaye, tikinti, nəqliyyat, ticarət və xidmət sahəsində fəaliyyət göstərir. Bakıda 20-dən çox Polşa şirkətinin təmsil olunduğu Ekspo Evi fəaliyyət göstərir.

 

“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” 2006-cı ildə yaradılmışdır. Komissiyanın indiyədək səkkiz iclası keçirilmiş, sonuncu iclası 2023-cü ilin 16 fevral tarixində Bakıda keçirilmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

95

3.9

91.6

2020

113.9

4.8

109.1

2021

111.1

5.4

105.7

2022

141.1

21.5

119.6

2023

137.3

10.2

127.1

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

Ünvan: Zwycięzców str. 12, Varşava 03-941, Polşa

Rəsmi internet səhifəsi: www.warsaw.mfa.gov.az

E-poçt: warsaw@mission.mfa.gov.az

E-poçt (konsulluq məsələləri): consul_warsaw@mission.mfa.gov.az

Tel: +48 22 617 67 28 (Konsulluq məsələləri: +48 22 718 30 70 (1)

Faks: +48 22 616 19 49

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti