Waving Flag of Norway (Animated Gif)

Norveç Krallığı

 

Azərbaycan Respublikası və Norveç Krallığı arasında ikitərəfli münasibətlər

 

Norveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il 2 yanvar tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il 5 iyun tarixində qurulmuşdur.

 

Azərbaycan Respublikasının Norveç Krallığında səfirliyi mövcud deyil. Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi eyni zamanda Norveçdə də akkreditə olunmuşdur.

 

Norveç Krallığının Azərbaycan Respublikasında səfirliyi mövcud deyil. Norveç Krallığının Türkiyə Respublikasındakı Səfirliyi eyni zamanda Azərbaycanda da akkreditə olunmuşdur.

 

Azərbaycan Norveç ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- 24-27 aprel 1996-cı il – Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Norveçə rəsmi səfəri

- 6-7 iyun 2011-ci il – Norveç Krallığının vəliəhdi Haakon Maqnusun Azərbaycana işgüzar səfəri

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- 11-15 fevral 2001-ci il – Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin Norveçə rəsmi səfəri

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Norveçə səfərlər:

22 - 25 fevral 2000-ci il – xarici işlər naziri Vilayət Quliyevin rəsmi səfəri;

4-7 dekabr 2007-ci il – xarici işlər nazir Elmar Məmmədyarovun rəsmi səfəri.

- Azərbaycana səfərlər:

12 – 13 oktyabr 2004-cü il – xarici işlər naziri Yan Petersenin işgüzar səfəri;

28-29 aprel 2008-ci il – xarici işlər naziri Yonas Gar Störenin rəsmi səfəri;

14-15 yanvar 2013-cü il –xarici işlər naziri Espen Bartın rəsmi səfəri.

 

Parlamentlərarası əlaqələr

- Norveçə səfərlər:

25 mart - 1 aprel 1998-ci il – Milli Məclisin sədri Murtuz Ələsgərovun işgüzar səfəri;

10-13 sentyabr 2014-cu il – Milli Məclisin sədri Oqtay Əsədovun işgüzar səfəri.

 

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri İltizam Yusifovdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Norveç arasında 12 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

103.90

3.59

100.31

2020

62.32

0.80

61.52

2021

89.88

0.86

89.02

2022

123.52

65.55

57.97

2023

32

1.7

30.3

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti