Şimali Makedoniya Respublikası
Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlər
25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə ildə qurulmuşdur.
10-11 mart 2016-cı il tarixlərində “IV Qlobal Bakı Forumu”nda iştirak etmək məqsədilə Şimali Makedoniyanın Prezidenti Qeorqe İvanov Azərbaycana işgüzar səfər etmişdir.
16 mart 2017-ci il tarixində “V Qlobal Bakı Forumu”nda iştirak etmək məqsədilə Şimali Makedoniyanın Prezidenti Qeorqe İvanov Azərbaycana işgüzar səfər etmişdir.
15-17 mart 2018-ci il tarixlərində Şimali Makedoniyanın Prezidenti cənab Qeorqe İvanov “VI Qlobal Bakı Forumu”nda iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
5 dekabr 2000-ci il tarixində Milli Məclisdə Azərbaycan-Makedoniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Hazırda Azərbaycan-Makedoniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Fazil Mustafadır.
Müqavilə-hüquq bazası
Azərbaycan və Şimali Makedoniya arasında 5 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Şimali Makedoniya arasında ticarət dövriyyəsi
(mln. ABŞ dolları ilə)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2018 |
837.42 |
27.83 |
865.25 |
-809.59 |
2017 |
963 |
0.00 |
963 |
-963 |
2016 |
422.7 |
6.3 |
429 |
-416.4 |
2015 |
774.4 |
0.00 |
774.4 |
-774.4 |