Monteneqro
Azərbaycan Respublikası ilə Monteneqro arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası Monteneqronun müstəqilliyini 24 iyul 2006-cı ildə tanımış və 24 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası və Monteneqro arasında diplomatik əlaqələr qurulmuşdur.
24 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi açılmışdır.9 aprel 2019-cu il tarixlərində Monteneqronun Azərbycan Respublikasındakı diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır.
9 mart 2016-cı il, 14-19 mart 2017-ci il tarixlərində Monteneqronun Prezidenti cənab Filip Vuyanoviç Azərbaycan Respublikasında işgüzar səfərlərdə olmuşdur.
14-16 mart 2019-cu il tarixlərində Monteneqronun Prezidenti cənab Milo Cukanoviç Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.
1-3 noyabr 2017-ci il tarixlərində Monteneqronun Xarici İşlər naziri Srdcan Darmanoviç Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.
Müqavilə hüquq bazası
İki ölkə arasında 17 sənəd imzalanmışdır.
İqtisadi əməkdaşlıq
Azərbaycan ilə Monteneqro arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)
İllər |
İdxal |
İxrac |
Ticarət Dövriyyəsi |
Saldo |
2016 |
0,1 |
16,5 |
16,6 |
16,4 |
2017 |
117,9 |
24,3 |
142,2 |
93,6 |
2018 |
31,2 |
0 |
31,2 |
0 |
Azərbaycana Monteneqrodan idxal: dərman vasitələri
Azərbaycandan Monteneqroya ixrac: reaktiv yanacaq
Hökumətlərarası Birgə Komissiya
2014-cü ilin 5 mart tarixində, Monteneqronun Podqoritsa şəhərində Azərbaycan və Monteneqro iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının ilk toplantısı baş tutmuşdur.
Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin ünvanı:
Skoj-a 32 Toloşi, Podqoritsa, Monteneqro 81000
Telefon: +38220281181
Faks: +38220281182
Növbətçi tel: +38269133103
Elektron poçt: podgorica@mission.mfa.gov.az
İnternet saytı: www.podgorica.mfa.gov.az