Danimarka Krallığı
Azərbaycan Respublikası və arasında ikitərəfli münasibətlər
Danimarka Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 2 aprel 1992-ci il tarixində qurulmuşdur.
Azərbaycan Respublikasının Danimarka Krallığında səfirliyi mövcud deyil. Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi eyni zamanda Danimarkada da fəaliyyət göstərir.
Danimarka Krallığının Azərbaycan Respublikasında səfirliyi mövcud deyil. Danimarka Krallığının Türkiyə Respublikasındakı Səfirliyi eyni zamanda Azərbaycanda da fəaliyyət göstərir.
Azərbaycan Danimkarka ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 6-12 mart 1995-ci il – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Danimarkaya işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Sevinc Fətəliyevadır.
Müqavilə-hüquq bazası
Azərbaycan və Danimarka arasında 2 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
18 Danimarka şirkəti Azərbaycanda ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahəsində fəaliyyət göstərir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2020 |
74.15 |
49.79 |
24.36 |
2021 |
24.09 |
1 |
23.09 |
2022 |
22.61 |
0.25 |
22.36 |
2023 |
33.76 |
0.56 |
33.2 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi