Belçika Krallığı
Azərbaycan Respublikası və Belçika Krallığı arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi 1995-ci ildə açılmışdır. Belçika Krallığının Azərbaycandakı Səfirliyi fəaliyyətə 2007-ci ildə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5-6 fevral 2017-ci il, 24 noyabr 2017-ci il, 11-12 iyul 2018-ci il, 13 dekabr 2019-cu il tarixlərində Belçika Krallığına işgüzar səfərləri olmuşdur.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun 18 dekabr 2020-ci ildə Belçika Krallığına işgüzar səfəri olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu vardır. Rəhbəri Kamal Cəfərovdur.
Parlamentlərarası İttifaqda Belçika Qrupunun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan üzrə ikitərəfli bölməsinin sədri Tim Vandenputadır.
Müqavilə-hüquq bazası
Azərbaycan və Belçika arasında 8 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanın Belçika ilə ticarət dövriyyəsi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İdxal |
İxrac |
2016 |
61,45 |
55.0 |
6,45 |
2017 |
75,29 |
62,03 |
13,26 |
2018 |
65,39 |
56,19 |
9,2 |
2019 |
77.50 |
70.9 |
6.5 |
2020 |
49,58 |
48,406 |
1.174 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Diplomatik Nümayəndəlik:
Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin ünvanı:
282-284 Avenue de Tervueren, 1150 Brussels, Belgium
Səfirliyin internet səhifəsi: www.brussels.mfa.gov.az