Waving Flag of Belgium (Animated Gif)

Belçika Krallığı

 

Azərbaycan Respublikası və Belçika Krallığı arasında ikitərəfli münasibətlər

 

Belçika Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 17 iyun 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi 1995-ci ildə, Belçika Krallığının Azərbaycandakı Səfirliyi isə 2007-ci ildə fəaliyyətə başlamışdır.

 

Azərbaycan Belçika ilə münasibətlərin inkişafına əhəmiyyət verir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Belçikada 3 işgüzar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 işgüzar səfərdə olmuşdur. Səfərlər əsas etibarilə Aİ və NATO çərçivəsində həyata keçirilmişdir. Sonuncu səfər 15 iyul 2023-cü il tarixində baş tutmuşdur. Prezident İlham Əliyev 6 fevral 2017-ci il və 13 may 2019-cu il tarixində Brüsselə səfərləri çərçivəsində Belçikalıların Kralı Filip ilə görüşmüşdür. Belçika kralı Azərbaycanda səfərdə olmamışdır.

 

Baş nazirlərin qarşılıqlı səfərləri

- Belçikanın Baş naziri Jean-Luc Dean Azərbaycana bir dəfə rəsmi səfər etmişdir (13 – 15 aprel 1998-ci il).

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- Azərbaycan Respublikasının xarici işlər naziri Belçikaya 20 səfər etmişdir. Bu səfərlər əsas etibarilə Aİ və NATO çərçivəsində həyata keçirilmişdir. Sonuncu səfər 11 – 12 dekabr 2023-cü il tarixlərində olmuş və səfər çərçivəsində iki ölkə nazirləri arasında görüş baş tutmuşdur. Ümumilikdə, nazir Ceyhun Bayramov öz həmkarları ilə 6 dəfə görüş keçirmişdir.

- Belçika Krallığı XİN-inin rəhbəri Hadja Lahbib Cənubi Qafqaz regionuna səfər çərçivəsində 24 - 25 avqust 2023-cü il tarixlərində Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belçika İşçi Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Kamal Cəfərovdur.

 

Belçika Federal Parlamentində Parlamentlərarası İttifaq yanında Belçika Qrupunun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan üzrə ikitərəfli bölməsi fəaliyyət göstərir. Bölmənin sədri Tim Vandenputdur.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 7 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

77.50

6.5

70.9

2020

49,58

48,406

1.174

2021

91.5

33.2

58.3

2022

77.4

11.1

66.3

2023

96.35

20.1

76.25

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi

Ünvan: 282-284 Tervueren meydanı, 1150 Brüssel, Belçika

Rəsmi internet səhifəsi: www.brussels.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti