Waving Flag of Thailand (Animated Gif)

Tailand Krallığı

 

Azərbaycan Respublikası və Tailand Krallığı arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası ilə Tailand Krallığı arasında diplomatik münasibətlər 7 iyul 1992-ci ildə qurulmuşdur.

 

Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri 2 iyul 2024-cü il tarixində təyin olunmuşdurTailand Krallığının Türkiyədəki Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.

 

Azərbaycan Tailand ilə Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

2017-ci ilin 14-15 avqust tarixlərində Tailand Şahzadəsi Maha Çakri Sirindhorn rəhbərlik etdiyi nümayəndə heyəti  Azərbaycanda rəsmi səfərdə olmuşdur.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun hal-hazırkı rəhbəri Quliyev Rüfət Atakişi oğludur.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

408 318.48

359 698.09

48 620.39

2020  

171 000.00

130 000.00

41 000.00

2021

190 442.59

134 160.65

56 281.94

2022

327 141.06

257 352.86

69 788.20

2023 (yanvar-sentyabr)

54 166.35

26 119.36

28 046.99

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Tailand Krallığında akkreditə olunmuş Səfirliyi

Ünvan: Lot 589, Jalan 6, Taman Ampang Utama, Ampang, 68000, Selangor Darul Ehsan, Malayziya

Rəsmi internet səhifəsi: www.kualalumpur.mfa.gov.az

Tel: +60342526700

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti