Fələstin Dövləti
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında ikitərəfli münasibətlər
1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Azərbaycan Respublikası və Fələstin Dövləti arasında siyasi əlaqələrin yüksək səviyyəsi ikitərəfli əlaqələrin inkişafında mühüm amildir. Ötən illər ərzində ölkələrimiz arasında xüsusən də humanitar sahədə yaxşı əməkdaşlıq əlaqələri təsis edilmişdir. Azərbaycan dövləti Fələstin xalqına milyonlarla ABŞ dolları ilə ölçülən maliyyə yardımı göstərmişdir. İki ölkə arasında əlaqələri müsbət dəyərləndirmək olar. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Fələstin Dövləti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 28-29 iyun 2011 - Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın rəsmi səfəri
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 22 aprel 2013- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri;
- 30 mart 2023- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi səfəri;
- Fələstin Dövlətinin xarici işlər və mühacirlər naziri Riyad Əl-Malikinin işgüzar səfərləri:
11 iyun 2013;
5-6 aprel 2018;
4-6 noyabr 2018;
24-26 oktyabr 2019;
2 mart 2023;
5 iyul 2023.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
438.19 |
- |
438.19 |
2020 |
277.37 |
- |
277.37 |
2021 |
669.70 |
149.21 |
520.49 |
2022 |
542.69 |
195.48 |
347.21 |
2023 (yanvar-oktyabr) |
453.93 |
210.86 |
243.07 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi