Vyetnam Sosialist Respublikası
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 1992-ci ilin 23 sentyabr tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi 2013-cü ildən fəaliyyət göstərir. Vyetnam Sosialist Respublikasının Moskvadakı Səfirliyi eyni zamanda, Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
“Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikasınin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr” mexanizmi mövcuddur.
Siyasi məsləhətləşmələrin 1-ci raundu 10-13 mart 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və Vyetnam Sosialist Respublikasının Xarici İşlər nazirinin daimi müavini Buy Than Şonun sədrliyi ilə keçirilib.
Siyasi məsləhətləşmələrin 2-ci raundu da Hanoy şəhərində 19 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Ha Kim Nqocun sədrliyi ilə keçirilib.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 18-19 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri baş tutmuşdur.
- 13-15 may 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri baş tutmuşdur.
Vitse-prezidentlərin qarşılıqlı səfərləri
- 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thin iştirak etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 12-15 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Qrupun hal hazırkı rəhbəri Əli Məsimlidir. Vyetnam-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun hazırkı rəhbəri, Vyetnam Kommunist Partiyası Xarici Əlaqələr Şöbəsinin rəhbər müavini Nquyen Man Kuonqdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında 17 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
“İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiya”nın 1-ci iclas 16 yanvar 2017-ci ildə Hanoy şəhərində keçirilmişdir. Komissiyanın 2-ci iclas 20 iyun 2018-ci ildə Bakı şəhərində keçirilmişdir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri Energetika naziri Pərviz Şahbazovdur. Vyetnam tərəfindən həmsədr isə sənaye və ticarət naziri Nquyen Honq Diyendir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
140 590.12 |
58 848.24 |
81 741.88 |
2020 |
225 600.00 |
175 000.00 |
80 600.00 |
2021 |
185 755.72 |
73 055.00 |
112 700.72 |
2022 |
594 610.65 |
491 675.82 |
102 934.83 |
2023 (yanvar-sentyabr) |
347 075.14 |
244 216.40 |
102 858.74 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi
Ünvan: 6A Le Hong Phong küçəsi, Ba Dinh bölgəsi, Hanoy şəhəri, Vyetnam
Rəsmi internet səhifəsi: www.hanoi.mfa.gov.az
Tel: +84247379011