Avstraliya İttifaqı
Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında diplomatik münasibətlər 1992-ci ilin 19 iyun tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyi 2013-cü ildən etibarən fəaliyyət göstərir. Avstraliya İttifaqının Ankaradakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.
Parlamentlərarası əlaqələr
Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun hal-hazırkı rəhbəri millət vəkili Asim Mollazadədir (24.04.2020). Avstraliya-Azərbaycan parlamentlərarası əlaqələr dostluq qrupu 2022-ci ildə Avstraliyada keçirilmiş Parlament seçkilərindən sonra yeni qrup təsis edilməmişdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
335 665.15 |
40 087.91 |
295 577.24 |
2020 |
74 170.00 |
70 700.00 |
3 470.00 |
2021 |
51 268.93 |
21 309.68 |
29 959.25 |
2022 |
162 023.00 |
139 201.96 |
24 964.01 |
2023 (yanvar-sentyabr) |
9 517.40 |
722.15 |
8 795.25 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyi
Ünvan: 5 Mialli Place, O'Malley, ACT 2606, Canberra
Rəsmi internet səhifəsi: www.canberra.mfa.gov.az
TEL: +61262905600