
Sinqapur Respublikası
Azərbaycan Respublikası və Sinqapur Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Sinqapur Respublikası arasında diplomatik münasibətlər 15 avqust 1994-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyi eyni zamanda Sinqapurda akkreditə olunmuşdur.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20-21 noyabr 2012-ci il tarixlərində Sinqapur Respublikasına dövlət səfəri baş tutmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 18-21 mart 2010-cu ildə Sinqapurun xarici işlər naziri C.Y.Yeo Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Sinqapur parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Azərbaycan tərəfindən işçi qrupun rəhbəri Məmmədov Məşhur Şahbaz oğludur.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2019 |
24 271.89 |
1 022.01 |
23 249.88 |
|
2020 |
77 100.00 |
48 500.00 |
28 600.00 |
|
2021 |
19 073.01 |
824.70 |
18 248.31 |
|
2022 |
35 967.89 |
1 320.75 |
34 647.14 |
|
2023 (yanvar-sentyabr) |
106 746.49 |
89 849.28 |
16 897.21 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Sinqapur Respublikasında akkreditə olunmuş Səfirliyi
Ünvan: Jl. Karang Asem Tengah Blok C-5 No. 20, Kuningan Timur, Cakarta Selatan, Cakarta, İndoneziya, 12950
Rəsmi internet səhifəsi: www.jakarta.mfa.gov.az
Tel: +622125554408