Suriya Ərəb Respublikası
Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında ikitərəfli münasibətlər
16 yanvar 1992-ci il tarixində Suriya Ərəb Respublikası Azərbaycan dövlətinin müstəqilliyini tanımışdır.
28 mart 1992-ci il tarixində Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.
Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası arasında əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikası donor dövlət olaraq, Suriyadakı humanitar fəlakətdən əziyyət çəkən qaçqınlara humanitar yardım etmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 8-9 iyul 2009 - Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədin rəsmi səfəri
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi və işgüzar səfərləri:
11-12 aprel 2007
23-25 may 2009
- 2-3 iyun 2009 - Suriya Ərəb Respublikasının xarici işlər naziri Valid Əl-Muallimin rəsmi səfəri
- 05-06 iyul 2023 - Suriya Ərəb Respublikasının xarici işlər və mühacirlər naziri Feysəl Əl-Miqdadın işgüzar səfəri
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
4 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyası yaradılmışdır.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
193.43 |
- |
193.43 |
2021 |
287.40 |
120.62 |
166.78 |
2022 |
798.87 |
36.19 |
762.68 |
2023 (yanvar-oktyabr) |
461.55 |
160.49 |
301.06 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi