Waving Flag of India (Animated Gif)

Hindistan Respublikası

 

Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası və Hindistan Respublikası arasında diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi 2004-cü ildən fəaliyyət göstərir. Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1999-cu ilin oktyabr ayında açılmışdır.

 

İkitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət verilir.

 

Vitse-prezidentlərin qarşılıqlı səfərləri

24-26 oktyabr 2019-cu il tarixində Hindistanın 13-cü vitse-prezidenti Muppavarapu Naidu (eyni zamanda Parlamentin yuxarı palatası Rajya Sabhanın sədri) Azərbaycanda işgüzar səfərdə olmuşdur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

2-5 may 2013-cü il tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanda rəsmi səfərdə olmuşdur.

20-24 yanvar 1995-ci il tarixində Hindistanın xarici işlər naziri N.Vahra Azərbaycanda işgüzar səfərdə olmuşdur.

23-25 iyun 1998-ci il tarixində Hindistanın xarici işlər naziri V.Race Azərbaycanda işgüzar səfərdə olmuşdur.

3-6 aprel 2018-ci il tarixində Hindistanın xarici işlər naziri xanım S.Svarac Azərbaycanda rəsmi səfərdə olmuşdur.

22-26 oktyabr 2019-cu il tarixində Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Azərbaycanda işgüzar səfərdə olmuşdur.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu 5 dekabr 2000-ci ildə təsis edilmişdir. 24 aprel 2020-ci ildən etibarən Qrupun həmsədri Naqif Həmzəyevdir. Qrupun üzvləri: Cəfərov Müşfiq, Əliyeva Jalə, Kərimzadə Pərvin, Quliyev Rüfət, Rüstəmxanlı Sabir, Seyidzadə Şahin, Vəliyeva Sədaqət. Hindistan parlamentində dostluq qrupunun üzvləri təyin edilməmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Hindistan Respublikası arasında müxtəlif sahələr üzrə 12 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

1 093.3

956.2

137.1

2020  

58 275.6

45 678.5

12 597.1

2021

739 102.87

594 430.92

144 671.95

2022

1 882 072.55

1 662 623.90

219 448.65

2023 (yanvar-sentyabr)

902 700.86

744 541.44

158 159.42

Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi

Ünvan: 41, Paschimi Marg, Vasant Vihar, New Delhi – 110057 India        

Rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti