Maldiv Respublikası
Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Maldiv Respublikası arasında diplomatik əlaqələr 20 dekabr 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyi eyni zamanda Maldiv Respublikasında akkreditə olunmuşdur. Maldiv Respublikasının Hindistan Respublikasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 25-26 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci sammitində iştirak etmək məqsədilə Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid Azərbaycana səfər etmişdir.
- 11-14 iyun 2022-ci ildə Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri qismində Azərbaycana səfər etmişdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 2 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
68.59 |
68.59 |
0.00 |
2022 |
81.41 |
81.41 |
0.00 |
2023 (yanvar-sentyabr) |
5.50 |
0.00 |
5.50 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Maldiv Respublikasında akkreditə olunmuş Səfirliyi
Ünvan: 41, Paschimi Marg, Vasant Vihar, Nyu Delhi – 110057, Hindistan
Rəsmi internet səhifəsi: www.newdelhi.mfa.gov.az
Tel: +911126152228
Faks: +911126152227